İnsanların bir qismi həyatın onlar üçün monoton və cansıxıcı olmasından şikayətlənir. Ümumiyyətlə, vaxt ötdükcə bizim üçün hər şey adiləşir və cansıxıcı olmağa başlayır. Adilikdən kənarlaşıb,  yeni və qeyri-adi maraqlar axtarırıq. Paintball həm idman, həm də əyləncə növü kimi həyata rəng qatmaq və onu daha da dinamik etmək üçün əsas vasitə sayıla bilər.

Paintball nədir? Paintball müasir əyləncə növüdür. Hansı ki, markerlərdən boyalı atəş açırlar. Sözügedən oyuna xas olan ən vacib məqam isə budur ki, o, həyəcan və adrenalini özündə birləşdirir. Nə qədər qəribə səslənsə də, paintball-un tarixi haqqında müxtəlif versiyalar var. Bəzi mənbələrdə bu oyunun müharibə illərində Fransada, digər mənbələrdə isə Çarli Nelson tərəfindən Amerikada icad olunduğu yazılır.

Paintball üçün idman meydançası necə olmalıdır? Bu idman növünü digərlərindən fərqli edən də məhz budur. Hasara alınan ərazidə təbii və ya suni ot, torpaq və qum olur. Meydançada simmetrik şəkildə yerləşdirilən və süni olaraq sığınacaqları əvəz edən vasitələr qoyulur. Bəs oyunun vaxtı necə tənzimlənir? Oyun raundlara bölünür. Vaxt isə 5-20 dəqiqə arasında dəyişə bilir. Yarışın müddətindən asılı olaraq meydançada 5 və ya 7 oyunçu olur. Paintball oyununun əsas məğzi rəqib komandanın start bazasından bayrağı götürməkdir.

Son bir neçə ildə paintball oyunu Azərbaycanda da çox məşhurlaşmışdır. Bəziləri üçün bu oyun, digərləri üçün isə bir idman növü və həyat tərzidir. Psixoloqların gəldiyi qənaətə görə paintball insanda özünü realizə, sağlamlığın təşviqi, hərbi fəaliyyətin qazanılması və istirahət rahatlığı kimi müsbət hallar yaradır.

Əgər siz də sadaladıqlarıma malik olmaq, vaxtınızı səmərəli, istirahətinizi əyləncəli etmək istəyirsinizsə, paintball oyununa qatılmağı sınayın. Həyatınızda bir dəfə belə olsa, oynamalı olduğunuz oyunlardandır. Uğurlar! 🙂