Payız mövsümündə təravət və gözəlliyimizi qoruyaq

0
179

    Mövsümi dəyişikliklər özünü ən birinci bizim xarici görünüşümüzdə göstərir. Soyuq mövsümə keçiddə ən çox zərər dırnaqlar, saçlar və dəriyə dəyir, ancaq unutmaq lazım deyil ki, payız həmdə bolluq mövsümüdür. Bu bolluqdan istifadə edərək öz görünüşümüzü təravətləndirib və bərpa edə bilərik. Bunun üçün sizə bir neçə faydalı məsləhəti təqdim edirik.

    Məsləhət № 1. Hər səhər ac qarına  bir xörək qaşığı kətan toxumunu çiynəyin və üstündən ilıq su için. Bu sizə nə verəcək? Bu üsulla sizin orqanizminiz təmizlənəcək və gün ərzində normal maddələr mübadiləsi üçün zəmin yaranacaq. Həmçinin sağlam arıqlama da qeyd oluna bilər. Diqqət!!! orqanizminizdə daşlar varsa (öd, böyrək) bu üsulu həkim məsləhəti olmadan sınaqdan keçirməyin.

    Məsləhət № 2. Gündəlik qida rasionunuza qaynadılmış çuğundur əlavə edin. Çuğundur qanı təmizləyən ən yaxşı tərəvəzlərdən biridir. Hamıya məlum olduğu kimi qanın sağlamlığı dərinin hamar və təmiz olma səbəbidir.

    Məsləhət № 3. Hər axşam yuxudan bir saat öncə C vitaminini qliserin məhlulu ilə qarışdırıb çəkin. Məhlulun proporsiyaları : 30 qram qliserin üçün 10 kapsul C vitamini. Bütün bunları aptekdən əldə etmək olar. Yaddan çıxartmayın ki, məhlulu üzünüzə çəkməzdən əvvəl simanızı təmizləmək və yüngül massaj etmək lazımdır (massaj sovrulma effektini gücləndirir). Bu prosedurdan sonra dərinizin parlaqlığı və sağlam görünüşü ətrafdakıların diqqətindən kənar qalmayacaq.

    Məsləhət № 4. Gündəlik olaraq 50 qram qoz-fındıq qəbul edin qidanıza. Qoz-findığın tərkibindəki vitamin və aktiv maddələr saçlarınızın daha tez uzanmağına səbəb olacaq.

    Məsləhət № 5. Yuxu üçün xüsusi corablar ayırın. Axşam duş qəbul etdikdən sonra ayaqlarınıza efir yağları (özünüzə uyğun istənilən efir yağını seçə bilərsiz) sürtüb bu corabları geyinin və yatın. Bir neçə müddətdən sonra ayaqlarınızdakı quruluq və kobud çatlar tamamilə yox olacaq, ayaq dəriniz pambıq yumşaqlığı əldə edəcək.

    Məsləhət № 6. Hər gün göz makiyajından istifadə etdiyimiz üçün tədricən kipriklərimiz seyrəlir və əvvəlki uzunluq və həcmini itirir. Kipriklərinizə hər axşam yuxudan öncə çox az miqdarda genəgerçək yağı sürtün (çox vursanız bu sizə diskomfort yarada bilər). Çalışın gündəlik makiyajda sukeçirməyan tuş vasitələrindən istifadə etməyin. Belə vasitələr kiprikləri tökür, tökülmüş kipriklər isə çox gec bərpa olunur.

    Məsləhət №7. Saçlarınızı yaxalamaq üçün xüsusi su hazırlayın. Bunun üçün 5 litr suya 1-2 damcı nanə ekstraktı və ya yağı tökün və hər yumadan sonra saçlarınızı yaxalayın. Bunu sınaqdan keçirdərək baş dərinizdə inanılmaz təravət hiss edəcəksiniz.Bu üsulla baş dərinizdə qan dövranı yaxşılaşacaq bu isə öz növbəsində saçlarınızın qalınlaşmasına və baş ağrılarının aradan qalxmasına səbəb olacaq.

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi: