Payız təkcə qızıl yarpaqlar və dumanlı-yağışlı günlər deyil, həm də evdə isti yorğana bürünüb qaynar kofe ilə kitab oxumaq mövsümüdür. Payızda mütləq oxunacaq kitabların kiçik siyahısı:

    1.Diana Uin Cons “Yeriyən Qəsr”. Bu nağıl ilk səhifəsindən sonunadək sehrlə doludur. Nağıl bizi möcüzələr və sehrlə dolu uşaqlığımıza aparan sevgidən bəhs edir. Ovsun edilmiş Sofi və müəmmalı sehrbaz Xoul özünə inamın vacibliyini əsərdə sübut edir: sən imkan versən uğursuzluqlar daima səni izləyəcək. Özünə inan, istəklərinə inan və hərəkət et!

    2.Fenni Fleq “Milad bayramı və qırmızı kardinal”. Ölümcül tibbi diaqnozdan qorxmuş Osvald soyuq və rütubətli Çikaqonun cənub istiqamətində – İtirilmiş çay şəhərciyinə qaçır. Həmin şəhərcikdə o, özünün sonuncu Milad bayramını qarşılamağa hazırlaşır. Baxmayaraq ki, Osvaldın təcrid olunmuş həyatdan özəl gözləntiləri olmur, həyat onu təəccübləndirməkdən yorulmur.

    3. Cerard Darrel “Quşlar, heyvanlar və qohumlar”. “Quşlar , heyvanlar və qohumlar” hekayəsi – yazıçı-naturalist Cerald Darrelin məşhur trilogiyasının 2-ci hissəsidir, hansı ki, Korfu adlı yunan adasında keçirilmiş uşaqlıq həyatını təsvir edir. O, emosional və düşüncəli şəkildə heyvanlar və  onların maraqlı hərəkətləri haqqqında bəhs edir. Kitabı oxuyarkən bizi əhatə edən dünyanın gözəlliyinə yenidən vurulursan.

    4. Rey Bredberi “Sevincin mexanizmi” . Bu mexanizmlər heç vaxt uğursuzluğa uğramır. Onlar ömürlük mühərrik kimi dəyişilməzdir, çünki həmin mexanizmləri yaradan insan – dünyada olmayan şeylərin təxəyyülünün ən yaxşı yaradıcısı – Rey Bredberidir.

    5. Anna Qavalda “Sadəcə birlikdə”. Anna Qavaldaya məşhurluq gətirən bir əsər. Əsər xoşbəxt və bədbəxt təsadüflər, uğursuzluq və gözlənilməz qələbələr, təbəssüm və göz yaşları ilə dolu sevgi və tənhalıqdan bəhs edir. Roman dünya üzrə milyonlarla oxucunun ürəyini fəth etmişdir.

    6.Stiven Çboski “Utancaq olmaq bir üstünlükdür”. İnsanın böyüməsi haqqında olduqca dürüst bir əsər. Çarli yuxarı sinifə keçir. Yaxınlarda onun həyatında baş vermiş əsəb gərginliyindən ehtiyat edərək, o, həyatda heç vaxt görmədiyi və tanımadığı şəxsə məktublar yazmağa başlayır. Çarli əmindir ki, həmin şəxs onu anlayacaq və ona kömək olacaq.

    7. Tinatin Mcavanadze “ Yay , nənəm və mən”. Qarşınıza 19 yaşlı qızın uşaqlığı və gəncliyi əks olunan bir həyat təsvir olunub, hansı ki, həmin həyatda onun nənəsinin böyük rolu var. Nənə ciddi , tələbkar , mehriban və qayğıkeş bir gürcü nənəsini təsvir edir. Kitabda müxtəlif hadisələr cərəyan edir: həssas , sevincli və məzəli hadisələr.

    8. Coan Xarris “Şokolad” . Bu roman bir ləzzətdir…Dolğun şokolad qoxuları , çəkici karamel , təzə pirojnalarla dolu bir gizli roman. Lanski – su –Tann şəhərinin yeni gözəl sakinləri ana və qız şəhərdə şokolad mağazasını açırlar. Bu hadisə ilə bütün şəhər sakinlərinin həyatı dəyişir. Yerli əhalinin doqmatizm və konservativ ehkamlarına qarşı səbr və mehribanlığın gizli mübarizəsi başlayır. Kim udacaq? Bunu ancaq oxucular bilir.