Psixoloji narahatlıqlar hər yaşda tez-tez görülsə də, hər cəmiyyətdə və mühitdə insanlar tərəfindən fərqli qarşılanır. Bu tərz psixoloji problemləri bir çox insanın yaşadığı ‘bir gerçək’ vardır; amma yenə də çox insan psixiatrlara və yaxud terapistlərə müraciət etməkdən çəkinirlər. Halbuki fiziki narahatlıqlar kimi, psixoloji narahatlıqların da bir mütəxəssisin dəstəyi ilə həll olunmalıdır.


Yaxın günlərdə, bir xarici xəbər saytında psixoloq və psixiatr olan istifadəçilərə belə bir sual verilmişdir: “Xəstələrinizdən eşitdiyiniz sizi ən çox təsirləndirən ən müdrik cümlə hansıdır?” Və gələn cavablar həqiqətən hər kəsi heyrətləndirmişdir.

Psixoloji narahatlığı olan xəstələrdən həkimlərinə deyilən, eşitdiyiniz zaman təsirlənəcəyiniz, bəlkə də özünüzdən bir şeylər tapa biləcəyiniz 14 mənalı cümlə…


“Özümü öldürmək istəmirəm. Özümü öldürmək istəyən tərəfimi öldürmək istəyirəm. “



“İnsanlar dərmanları özlərini daha yaxşı hiss etmək üçün istifadə etmir. Əksinə özlərini daha az pis hiss etmək üçün istifadə edir.”



“Aldığınız hər kiçik qərarın, sizin üçün ölüm-dirim savaşına çevrildiyini xəyal edin.”

Qayğı pozuqluğuna sahib bir xəstə, öz vəziyyətini və necə hiss etdiyini ifadə etmək üçün belə bir cümlə qurmuşdur.


“Qollarım sənin üçün darıxır.”

Bəlkə də dünyanın ən qısa və ən sadə cümləsidir, amma çox dərin bir mənanı gizlədir içində… Bu cümləni, 10 yaşlı autizmli bir uşaq, ona sarılmasını istədiyi həkiminə demişdir.


“Ağrı-acını hiss etmək, heç bir şey hiss etməməkdən daha yaxşıdır.”



“Əgər dostunuz yoxdursa, bu vəziyyət sizi narahat etməsin. Dost sahibi olmaq sizi xoşbəxt edər, ancaq sizi daha yaxşı bir insan etməz.

Autizmli bir uşaq, dostlaşma mövzusunda təbii olaraq problemlər yaşamışdır və bu vəziyyəti, həkiminə həqiqətən dahiyanə cümlələrlə ifadə etmişdir.


“Özümü ruh kimi hiss edirəm. Bütün xoşbəxt həyatların olduğu bir yerdə, pərdə arxasında görünməz bir şəkildə dolanıram. “

Bu hüznlü cümlələr isə 56 yaşında alkoqolizmlə mübarizə aparan birinə aiddir.


“Xəyal dünyasında kiçik bir səyahətə çıxdığını və bir anlıq həqiqətə dönə bilməyəcəyin zamanı düşün. Bax mən hər gün bunu yaşayıram. “

Ümumi qayğı pozuğunluğu yaşayan bir xəstə, əslində tam olaraq ‘nə yaşadığını’ bu cümlələrlə ifadə etmişdir.


“Bütün həyatımızı “xoşbəxt olmaq üçün bir ev və başqa qazanclar əldə etməliyik” düşüncəsiylə keçiririk … Halbuki gerçək xoşbəxtlik siz o evin ya da o qazancın xəyalini qurarkən belə onun əsla gerçək olmayacağını düşünməkdən keçir. Xoşbəxtlik əslində ‘anda və tamamilə bu an sahib olduqlarımızdadır. “

Bu cümlələri bir xəstə, öz fiziki görünüşünü necə qəbul etdiyini və bədəni haqqındakı düşüncələrini həkiminə ifadə edərkən qurmuşdur. Xəstəsinin bu cümlələrini “dürüstlük” olaraq yekunlaşdıran həkimi isə, eşitdiklərindən sonra həqiqətən çox təəccüblənmişdir.


“Səsim, sənin haqqında nə söyləyirsə söyləsin, səni sevirəm, Jace.”

Şizofreniyadan əziyyət çəkən bir xəstənin həkiminə qurduğu bu cümlə də, həqiqətən çox təsirlidir.


“Dərmanları məni müalicə etməsi üçün atmıram, çünki məndə müalicə edilməli bir psixoloji narahatlıq yoxdur. Mənim ətrafımdakı hər kəs dəli olduğu üçün, dərman mənim onlara uyğunlaşmama köməkçi olur. “

Bu cümlələri quran xəstə, bəlkə də həqiqətən haqlıdır, kim bilir?


“Həqiqətin və gözəlliyin fədakar aşiqiyəm.”

Şəxsiyyət pozuqluğu yaşayan bir xəstəylə görüş zamanı həkimi, xəstədən özünü təsvir etməsini istədikdə, xəstəsi ona bu cümləni qurmuşdur. Ardından başqa insanların onu necə gördükləri sualını isə belə cavablandırmışdır: “Yəqin ki, bir şərəfsiz olaraq görürlər.”


“(Səsini itirdikdən sonra …) İndi həqiqətən tənhayam.”

Gördüyü dərman müalicəsi səbəbi ilə səsini itirən bir xəstənin həkiminə qurduğu bu cümlə, həqiqətən onun kədərini əskiksiz bir şəkildə qarşısındakına ötürür.