Amerikalı Megan Determan və Chris Kluthe nişan qərarı aldıqdan sonra yaxşı bir fotoqraf taparaq o gözəl günlərini ölümsüzləşdirmək istəyirlər. Megan çəkilişlərə iti Louie’ni də gətirir. 🙂 Ancaq balacanın sakit oturmaq kimi bir niyyəti yoxdur. Megan’nın gələcək həyat yoldaşı Chris’i qısqandığı üçün olsa gərək, hər pozada kameranın önünə atılır və tozu dumana qataraq dəlisov kadrların çəkilməsinə səbəb olur. Megan son çarə olaraq itini qucağına aldıqdan sonra cütlük normal fotoşəkil çəkdirə bilirlər.