İnsan resursları mütəxəssislərinin diqqətini çəkmək üçün dolğun və maraqlı CV şərtdir. Belə bir CV hazırlamaq əslində düşündüyünüz qədər çətin deyil. Aşağıdakı saytlardan istifadə etməklə, işə qəbul olmaq şansınızı artıra bilərsiniz:

  • «Axı iş təcrübəm yoxdur, mənim CV-im heç kəsə maraqlı olmayacaq!» – deyə düşünürsənsə, yanılırsan. Təcrübən olmasa belə, CV-in vasitəsilə özünü və bacarıqlarını maraqlı formada təqdim edə bilərsən. Pathbrite sənə bu işdə kömək edəcək. Bu sayt vasitəsilə sertifikat və mükafatlarını, çəkdiyin fotoları, yazdığın esseləri, bir sözlə istedadlarını bir araya toplayıb CV halına gətirə bilərsən.

  • CVmaker və  Kickresume saytları rəngarəng və orjinal CV hazırlamaq imkanını verir.

  • Yox, sadə CV sənə görə deyil daha yaradıcı fikirlər axtarırsansa, Vizualize və Kinzaa
    tam sənə görədir. Burada CV-ni sadə siyahı formasında yox, infoqrafika formasında hazırlaya biləcəksən.

  • Sıradan bir CV-dən daha artığını istəyirsən? ResumUP axtardığını sənə verəcək. Burada CV yaratmaqla yanaşı hədəflərini qeyd edə bilərsən. Bunun üçün müxtəlif qrafik və cədvəllər var.

  • Dizaynersən və nəhəng portfolion var? Zerply saytında qeydiyyatdan keç. Burada sən işi yox, iş səni axtaracaq.

CV işin yarısıdır, dostum. İşin digər yarısı isə özünə inamdır. Onu itirmə!