• Tolerantlıq sözü mənim xoşuma gəlmir, lakin mən bundan yaxsı söz tanımıram (Mahatma Qandı)

  • Əgər bir yerdə kiçik insanların kölgəsi böyüyürsə, demək o yerdə Günəş batır. (Konfutsi)

  • Haqqı hər zaman müdafiə et, anlayan olmasa belə vicdanına hesab verməkdən xilas olarsan. (Herbert Uels)

  • Hər bir gözəllikdə pislik axtaranlar korlanmış insanlardır, bu günahdır. Hər bir gözəllikdə onun yüksək mənasını görənlər mədəni insanlardır, əsl insan isə gözəllikdə elə gözəlliyi görməyi bacaranlardır. (Oskar Uayld)

  • Azadlıq ifrat dərəcəsinə çatdıqda özbaşınalığa çevrilir. (M.Qandi)

  • Yumor-zarafat arxasında gizlənən ciddilikdir. (P.E.Veys)

  • Kişilər sevişmək, qadınlar isə məhəbbət arzusundadır. (Z.Freyd)

  • Amma sonda hamısı eyni işlə məşğuldur. (Sari Qabor)

  • Aşiq olarkən insan ağlını itirir və yalnız evləndikdən sonra bu itkini hiss edir. (Safir Moriç)

  • Qadin çox şey istəyir,amma birindən. Kişi bir şey istəyir, amma çoxundan. (Konstantin Melaxin)

  • Necə ər istəyirsən kasıb, yoxsa varlı? Kasıba ərə gedəcəksən, ərindən başqa heç nəyin olmayacaq. Varlıya ərə gedəcəksən, ərindən başqa hər şeyin olacaq. (Konstantin Melaxin)

  • Sənin qəbahətlərini üzünə deyən düşmən, bunları gizlədən dostdan yaxşıdır. (Sokrat)

  • Yaxşı geyinmiş axmaq məclisdə ağzını açana qədər parlayacaq. (Qədim Hind aforizmi)

  • Hünərsiz ağıl qadınlara, ağılsız hünər heyvanlara xasdır. (Qədim Hind aforizmi)

  • Mübarizəsiz həyat olduqca cansıxıcıdır. (M.Y.Lermentov)

  • Mənə elə dost lazım deyil ki, hər şeydə mənimlə razılaşsın, mən başımı əyəndə o da əysin, ona qalsa mənim kölgəmdə dostdur. (Plutarx)

  • Sözün qədrini bilməyən zəif düşüncəli adam adətən çox danışar. (Ş.Montyeske)

  • Arxanca danışırlarsa deməli sən qabaqdasan. (Çin atalar sözü)

  • Bu qısa ömrü əbədi həyatmış kimi yaşamaq lazımdır. (Çin atalar sözü)

  • Həyat hərəkət deməkdir, su da axmayanda iylənir. (Aristotel)

  • Həyat beşiklə məzar arasında sınaq müddətidir. (O.Balzak)

  • Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır. (A.Barbüs)

  • Mən həyatın mənasını yorulmadan işləməkdə və çətinliklərlə döyüşməkdə görürəm. (A.Bek)

  • Hər gün insan üçün yeni bir həyatdır. (R.Beyker)

  • Bir gün ürəyincə yaşamaq yüz il sürünə sürünə yaşamaqdan yaxşıdır. (Ş.Bodler)

  • Həyat yuxuda da öz sonuna doğru gedir. (A.Bule)

  • Dünya hamıya çatacaq qədər böyükdür. Başqasının yerini tutmağa çalışmaqdansa, öz yerin haqqında fikirləş. (Ç.Çaplin)

  • Əhəmiyyətsiz saydığımız ən adi hadisələr bəzən həyatımızı cəhənnəmə döndərə bilər. (A.Dante)

  • Başqalarının həyatından dərs almağı bacaran insan xoşbəxtdir. (T.Fontane)

  • Dünyada üç fəlakət var: yanğın, qadın, dəniz. (Ezop)

  • Bu gözəl həyat təkcə bizim deyil. Bu həqiqəti anlayıb başqalarına ziyan vermədən yaşamağı öyrənməliyik. (Z.Freyd)

  • Dünyada xeyir iş görməyən insan əbəs yerə yaşayır. (C.Fuller)

  • Bu dünya bir qızıl kuzəyə bənzər,
    Suyu gah şirindir, gah da ki zəhər. (M.Gəncəvi)

  • Ömrün müddəti deyil, bu ömrü necə yaşadığın əhəmiyyətlidir. (H.Holley)

  • Faydasız həyat – vaxtsız ölümə bərabərdir. (İ.Höte)

  • Namusla yaşamaq üçün insan öz səhvlərini görüb düzəltməlidir. (V.İrvinq)

  • Dünyaya ağlaya-ağlaya gəlirik deyə ömür boyu ağlamayacağıq ki! (A.Kapus)

  • Özümüz istəməsək, heç kəs həyatımıza təsir edə bilməz. (D.Karnegi)

  • Həyatdan zövq almaq üçün qarşıda bir məqsəd olmalıdır. (Ç.Kolton)

  • Həyat əvvəldən axıradək öyrənməkdir. (J.Labrüer)

  • İnsanın həyatinda cəmi üç böyük hadisə var: doğulmaq, yaşamaq və ölmək. O necə doğulduğunu hiss etmir, insan kimi yaşamağı unudur və əzablar içində ölür. (J.Labrüer)

  • Yalnız yaşamaq deyil, yaşatmaq da vacibdir. (Menandr)

  • Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən – həyatın məqsədi məhz budur. (C.Məmmədquluzadə)

  • Əsl qəhrəmanlıq həyatda mübarizə aparıb qalib gəlməkdir. (Napoleon)

  • Həyat şərtləri çətindir, ancaq bu barədə çox düşünsən, bədbinləşə bilərsən. (F.Nitsşe)

  • Həyatda vaxt öldürmək özünü öldürmək deməkdir. (C.Pekk)

  • Mən əminəm ki, biz həyata əylənmək üçün deyil, öyrənmək üçün gəlmişik. (C.Robertson)

  • Həyat nə tamaşa, nə də bayramdır. Həyat çətin bir imtahandır. (C.Santayana)

  • İnsanı həyata bağlayan onun gözəl cəhətləridir. (Sokrat)

  • Müdrik insan ölüm haqqında deyil, həyat haqqında düşünməlidir. (B.Spinoza)

  • Həyat avtomobil idarə etmək kimi bir şeydir – nə qədər diqqətli və təcrübəli olsan da, qəzaya uğramaq ehtimalı həmişə var. (A.L.Stal)

  • Görmək və hiss etmək mövcud olmaq, düşünmək isə yaşamaq deməkdir. (U.Şekspir)

  • Dünyada dörd cür insan var: aşiqlər, özünə vurğunlar, xəyalpərəstlər və dəlilər. (İ.Ten)

  • Şərəfli ölüm şərəfsiz həyatdan yaxşıdır. (Q.Təbrizi)

  • Həyatın ən gözəl cəhəti insanın özünü tanımasıdır. Ancaq bunun nəticəsində bədbəxt olmaq da mümkündür. (L.Tolstoy)

  • Kişilər həyatı çox tez, qadınlar isə çox gec dərk edirlər. (O.Uayld)

  • Başqalarının halına yana bilən insan yaşamağa layiqdir. (Van Qoq)

  • Həyatın iki faciəsi var: biri arzumuza çata bilməmək, digəri isə istədiyimizi əldə etməkdir. (C.Vatson)

  • Maddi və mənəvi problemləri özünə dərd eləməyən insanın həyatı xoş keçər. (F.Volter)

  • İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir. (F.Volter)

  • Böyük işlər görmək üçün elə yaşamalısan ki, sanki heç vaxt ölməyəcəksən. (L.Vovenarq)