Bizim bilinçaltımız gördüyümüz hər şeyi daha fərqli tərəfindən yaddaşımızda həkk edir. İndi isə sizinlə edəcəyimiz testdə biliçaltımız bizim haqqımızda daha fərqli məlumatlar verəcək.

Bu şəkildə nə görürsünüz?

Əgər iki pişik görürsünüzsə:

Siz fikirlərinizi açıq deməyi sevirsiniz və yaxşı yumor hissiniz var. Sevgidə də bu xususiyyətlərə üstünlük verirsiniz. Bir az qısqanc ola bilərsiniz, ancaq münasibətdə sıxılmağı heç vermirsiniz. Bəzən özünüz də bilmədən tək qalmağı seçirsiniz.

Çox azadsınız və hər zaman öz ayaqlarınız üzərində durmağı bacarırsınız.

Bu xasiyyətlərinizə görə münasibətdə olmaq sizin üçün bir az çətin ola bilər.


Əgər it görürsünüzsə:

O zaman siz mülayim xasiyyətə sahibsiniz. Əsl sevgiyə çox inanırsınız və əgər bu şansı yaxalasanız, heç bir zaman əldən verməzsiniz. Hər zaman pozitiv düşünməyə çalışırsınız və hər şeydə yaxşı tərəf axtarırsınız.

Sevgi, qayğı və diqqət sizin üçün çox önəmlidir. Münasibətdə olduğunuz insana bütün istilikləri verməyə hazırsınız.

Ailə və sevdiyiniz insanlar sizin üçün çox dəyərlidir. Ətrafınızdakı insanlara qarşı dərin inancınız var.