Yay səyahət və istirahət fəslidir! Səyahət çantanıza sizə lazım olan əşyalarınızı topladığınız kimi səfər zamanı lazım olacaq mobil tətbiqləri də telefonunuza yükləməlisiniz.

Booking.com 

Ən məşhur səyahət saytının mobil tətbiqi! Hətta xarici passportu möhürsüz olanlar belə Booking.com-u tanıyır. Burada dünyanın müxtəlif ölkələrində olan otellerin, hostellərin və qonaq evlərinin siyahısı cəmlənib. Burada siz gedəcəyiniz şəhərdə qalacağınız məkanı bron edə bilərsiniz. (Android üçün yüklə)

Airbnb

Yuxarıda qeyd etdiyimiz mobil tətbiqdə olduğu kimi, Airbnb vasitəsilə də səyahət etdiyiniz ölkədə evlərə baxa və onları icarəyə götürə bilərsiniz. (Android üçün yüklə)

TripIt

TripIt qarşıdakı səfər yolunuzu təşkil etməyə kömək edir. Otel, restoran, uçuş və avtomobil icarəsi təsdiqini mailinizə göndərir və avtomatik olaraq bütün məlumatları birbaşa proqrama yükləyir. Pro versiyasında isə şirkət sizin uçuşlarınızın ləğv edildiyi zaman alternativ marşrutlar tapacaq, həmçinin aviaşirkətlərdən uçuş gecikmələri, ləğvlər və daha çox avtomatik bildirişləri göndərir. Proqramın bir çox funksiyaları internetsiz də işləyir. (Android üçün yüklə)

Skyscanner

Skyscanner ucuz uçuşlar tapmaq üçün əlverişlidir. Mobil proqram 1200-dən çox mənbədən milyonlarla uçuş axtarışını həyata keçirir və daha sonra ən yaxşı variantları təklif edir. Təyinat üzrə uçmaq üçün ucuz günlərə və ya aylara baxmağa imkan verir və qiymət dəyişikliyinə dair bildiriş göndərir. (Android üçün yüklə)

TripAdvisor

TripAdvisor otel rezervasiyasını, restoranda axşam yeməyini və hətta muzey gəzintilərini də asanlaşdırır. Proqram 28 dildə istifadə oluna bilir. Səyahətlər haqqında məqalələr oxuya, gəzəyənlərin çəkdiyi şəkillərə və videolara baxa, həmçinin dostlarınızı izləyə bilərsiniz. (Android üçün yüklə)

Couchsurfing

Digər tətbiqlərdən fərqli olaraq bu sayt sizə ödənişli otellər, hostellər deyil, sizi öz evində qonaq edə biləcək, şəhəri gəzdirəcək insanlar tapmaqda kömək edir. Avropada çox istifadə olunan bu proqram ölkəmizdə az istifadə olunur, bir çox insanlar isə tətbiqin əsas məqsədini unudurlar. Odur ki, səyahətiniz Avropayadırsa, sizi evində təmənnasız qonaq edə bilən insanlar tapa bilərsiniz. (Android üçün yüklə)

OpenRice

Şərqdə məşhur olan bu proqramdan istifadə edərək şərq ölkələrindəki restoranların, kafelərin reytinqlərinə baxa və sizə uyğun olanını rezerv edə bilərsiniz. Menyulara nəzər yetirmək də mümkündür. (Android üçün yüklə)

HotelTonight

HotelTonight sizə boş otel otaqlarında son dəqiqə olan endirimləri təqdim edir. İstifadə etmək olduqca asandır və bir otaq almaq çox vaxt almır. Siz şəhər və ya xəritədə axtarış edə bilərsiniz. Bununla yanaşı, digər səyahətçilərin şərhlərinə və fotoşəkillərə baxmaq imkanınız da var. Həmçinin müştəriyə xidmət 24/7 aktivdir. (Android üçün yüklə)

Hostelworld

Proqram bütün hostellərin axtarışını həyata keçirir. Mobil tətbiqdəki interaktiv xəritə yaxınlığınızdakı hostellərin ünvanını dəqiqliklə göstərir, burada siz həm də hostellər haqqında başqalarının şərhlərini oxuya bilərsiniz. (Android üçün yüklə)

Nə düşündünüz?
Like
Love
Haha
Wow
Sad
Angry