Gavin Aung Than daha əvvəl də Bildirchin.az’da yer verdiyimiz, etdiyi işlərini sevərək izlədiyimiz Avstraliyalı bir illüstratordur. Onun “Zenpencils” adlı möhtəşəm bir layihəsi var. Bu layihədə məşhur insanların tarixdə qalan məhşur ifadələrini illustrasiya halına gətirir. İşlərindən birində Amerikalı yazar və təşəbbüskar Chris Guillebeau’nun qələmindən çıxmış “Sıradan bir həyat yaşamağın 11 qaydası” adlı mövzu yer almışdır. Bu layihəsi ilə daha ətraflı aşağıda tanış ola bilərsiniz.

1. İnsanların sənə dediyi hər şeyi inanıb qəbul et.
2. Səlahiyyətliləri əsla sorğulama.


3. Məktəbə nəsə öyrənmək üçün deyil, getməli olduğun üçün get.
4. İş masası arxasında həftəlik 40 saatlıq iş vaxtının yalnız 10 saatını məhsuldar keçirmək məqsədilə otur.


5. Həyatında bir və ya iki dəfə xarici ölkələrə səfər et, onda da həmişə təhlükəsiz və etibarlı yerlərə get.
6. Ala biləcəyin ən yüksək məbləğli ipoteka krediti al və ömrünün 30 ilini o borcu ödəməyə həsr et.


7. Başqa dil öyrənmək üçün heç çalışma, onsuz da gec ya da tez hamı ingilis dilini öyrənəcək.
8. Kitab yazmaq barədə düşün, amma heç vaxt bu işi yerinə yetirmə.

9. Öz şəxsi biznesini yaratmaq barədə düşün, amma heç vaxt bu işi həyata keçirmə.
10. Kütlədən və ya toplumdan fərqlənmə və heç vaxt diqqəti cəlb etmə.


11. Sənə verilən təlimatları canla-başla yerinə yetir. Bütün xanaları işarələ.

“Həyat boyu müvəffəqiyyət mükafatı”

BURADA ADİ, SIRADAN BİR ADAM YATIR.


Chris Guillebeau: Həyatını başqalarının SӘNDӘN GÖZLƏDİYİ KİMİ YAŞAMAQ məcburiyyətində deyilsən.