Sizi fərqli yerlərə aparacaq 15 mükəmməl psixoloji film.

0
693

Motivasiyanızı artıra biləcək 15 ən yaxşı psixoloji filmi sizlərlə paylaşmaq istəyirik. Motivasiyan’ı sadə bir şəkildə açıqlasaq, “bir şeyləri etmə arzusudur” ki bunu ortaya çıxarmaq da heç asan deyil. Bu arzunu oyandırmaq bizi hərəkətə keçirir. Bu arzunu oyandırmaq üçün bəzən bir film, bəzən gözəl bir kitab, bəzən də bir mahnı kifayət edir. Ancaq bu motivasiyanı davamlı olaraq canlı tuta bilmək asan bir şey deyil. Siyahımızdakı filmlər həyatınızı dəyişdirəcək, sizi mükəmməlləşdirəcək kimi deyil. Ancaq izlədiyiniz zaman sizi motivasiya edə biləcək janrda filmlərdir. Filmlər IMDb reytinqinə görə sıralanmışdır. Sizində izlədiyiniz zaman motivasiya olduğunuz psixoloji filmlər varsa şərhlərdə bizimlə paylaşın.


Qeyd: Siyahıdakı bütün filmlər Media Bildirchin saytına əlavə edilmişdir. Filmin adını “axtarış” hissəsinə yazaraq izləyə bilərsiniz. Xoş seyrlər… 🙂


15. Secret Window 2004 – IMDb: 6,6

Həyat yoldaşından çox ağrılı bir şəkildə ayrılmış yazıçısı Mort Rainey (Johnny Depp), göl kənarında yerləşən evində heç gözləmədiyi bir şəkildə John Shooter (John Turturro) adlı təhlükəli biri ilə qarşılaşır. Rainey’nin onun qısa hekayəsini oğurladığını iddia edən psixopat Shooter ədalət istəyir. Shooter’ın tələbindən sonra bu vəziyyət təhdidlərə, ardından cinayətlərə çevrildiyi zaman, Rainey kömək üçün xüsusi bir dedektif tutacaqdır. İdarədən çıxmış hadisələr zənciri və qorxu dolu anlardan sonra Rainey artıq heç kimə güvənə bilməyəcəyini anlayacaqdır. Hətta özünə belə..


14. Copying Beethoven 2006 – IMDb: 6,8

Ludwig van Beethovenin hekayəsindən bəhs edən filmdə Beethovenin xəyalları, qarşı-qarşıya qaldığı çətinlikləri izləyəcəksiniz. Bioqrafik, dram və musiqi janrlarının birləşdiyi film ABŞ, Almaniya və Macarıstanın birgə istehsalıdır.


13. Identity 2003 – IMDb: 7,3

Şiddəttli bir fırtına nəticəsində, bir-birini tanımayan, sirr dolu 10 insan əsəbi olan bir gecə müdirinin rəhbərliyində, kimsəsiz bir yerdə bir araya gətirilir. Bu insanlar arasında fərqli işlərə sahib olan insanlardır. Bir müddət sonra insanların tək tək ölməsi ilə aralarında qorxu yaranmağa başlayacaqdır. Həyatda qalmaq üçün isə, onları bir araya gətirən bu sirri həll etməlidirlər.


12. Billy Elliot 2000 – IMDb: 7,7

Balet olmaq istəyən yoxsul bir uşağın hekayəsindən bəhs edən filmdə bir atanın uşağı üçün nələr edə biləcəyini və bir uşağın bacarmaq üçün nələrə sinə gərdiyini görəcəksiniz.


11. Remember the Titans 2000 – IMDb: 7,8

Komanda oyunu duyğusunu inkişaf etdirən və birlikdə işin əhəmiyyətini göstərən Remember the Titans (Unudulmaz Titanlar) filmi irqçilik edilən bir dövrü canlandırmaqdadır. Virginia əyalətində 1971-ci ildə keçən filmin ssenarisi Dram və İdman janrındakı gerçək bir hekayədən götürülmüşdür.


10. The Pursuit of Happiness 2006 – IMDb: 7,9

Chris Gardner (Will Smith) xəstəxanalar üçün rentgen aləti icad etmiş və yaxşıda pul qazanmışdır. Ancaq bir müddət sonra işləri pozulur və maddi çətinliklər yaşayır. Chris ilə həyat yoldaşı Linda bu səbədən tez-tez mübahisə edirlər. Әn sonunda Linda evi tərk edir. 5 yaşındaki oğlu Christopher ilə yalnız qalan Chris bir yandan əlindəki rentgen alətlərini satmağa, digər yandan da şirkətlərdən birində işçi olmaq üçün çalışar. Yaşadıqlarına baxmayaraq uğurlu olur… “Umudunu Kaybetme” hər qaranlıq gecənin bir sabahı olduğunu öyrədir. Hər şeyə baxmayaraq ümidini itirməmək bu olsa gərək.


9. Dead Poets Society 1989 – IMDb: 8,0

50-ci illərin WELTON Akademiyası, ciddi, intizamlı və akademik dairələrdə möhtərəmliyi yüksək olan bir məktəb. Məktəb rəhbərliyinin mühafizəkar və ortodoks rəftarları məktəbi şagirdlər üçün darıxdırıcı və üzücü bir hala gətirməkdədir. Lakin yeni ingiliscə müəllimi John Keating’in məktəbə təyin edilməsilə çox şey dəyişəcək. Tarixin ən yaxşı dram filmlərindən sayılan filmin baş rolunda Robin Williams yer alıb.


8. Rain Man 1988 – IMDb: 8,0

Avtomobil satıcısı olan Charlie (Tom Cruise), başqalarının düşüncələrinə hörmət göstərməyən eqoist bir şəhər uşağıdır. Atasının öldüyünü xəbər alan Charlie, cənazəsinə getdiyi zaman atasının 49 model bir Buick Roadmaster xaric bütün mirasını bir vəqfə vəsiyyət etmiş olduğunu öyrənəcəkdir. Haqqı olduğunu düşündüyü bu puldan özünə bir pay almaq üçün bu vəqfi ziyarət edən Charlie, buranın əngəlli insanlarla maraqlanan bir təşkilat olduğunu öyrənəcəkdir.


7. Black Swan 2010 – IMDb: 8,0

Nina (Natalie Portman), New Yorkda yaşayan çox istedadlı bir balerinadır. Әvvəllər balerina olan anası Erica (Barbara Hershey) ilə birlikdə yaşamaqdadır. Oyun rejissoru olan Tomas Leroy (Vincent Cassel) Qu gölünün baş balerinalarını yeni mövsümdə dəyişdirməyə qərar verir və ilk düşüncəsi də Nina’dır. Saflığın və zərafətin təmsilcisi Ağ Qu ilə şəhvətin təmsilcisi Qara Qunu eyni anda canlandıra bilən birinə ehtiyacı vardır. Ancaq Nina’nı gözləyən yeni bir rəqib vardır. Nina Ağ Qu roluna hər nə qədər uysa da, Lily də Qara Qunun tam qarşılığıdır. İki gənc rəqqas arasındakı bu çətin rəqabət qəribə bir dostluğa çevrilərkən Nina’da öz qaranlıq tərəfi ilə tanış olmağa başlayacaqdır.


6. Mary and Max 2009 – IMDb: 8,2

Mövzusu real hadisələrdən götürülmüş Adam Eliot-dan mükəmməl bir animasiya filmi. Avstraliyalı 8 yaşındakı Mary diqqətsiz bir ailənin kiçik qızıdır. Max isə 44 yaşında Asperger xəstəliyindən əziyyət çəkən yalnız bir insandır. Bir-birilərinə göndərdikləri məktublar bir anda bu insanların həyatını dəyişdirəcəkdir.


5. Good Will Hunting 1997 – IMDb: 8,3

Will (Matt Damon), bir universitetdə xadiməlik edən yüksək zəkaya sahib bir gəncdir. Ancaq küçə mübahisələrinə qarışdığı üçün başı hər zaman dərdə girir. Həbsə düşmək üzrə olan Willi bu vəziyyətdən xilas edən tək insan isə onun qabiliyyətlərinin fərqinə varmış universitetin professorlarından Sean McGuire’dır (Robin Williams). Aralarında bir razılaşma edirlər və zamanla çox xüsusi bir dostluğa doğru yol alırlar.


4. A Clockwork Orange 1971 – IMDb: 8,4

Britaniyada, bir şəbəkə hər gecə şiddət nümayişi etdirir. Bu şəbəkə adam döyüb, oğurluq edib insanlara təcavüz edir. Bir gecə şəbəkənin rəhbəri olan Alex (Malcolm McDowell) digərləri tərəfindən polisə şikayət olunacaqdır. Həbsə girən Alexin cəzasının yüngülləşməsi üçün qarşısında yalnız bir variant var. Bu variant isə, bir təcrübədə iştirak etməsidir. Bu təcrübədən sonra Alexin həyatı tamamilə dəyişəcəkdir.


3. Eternal Sunshine of the Spotless Mind 2004 – IMDb: 8,4

İki il ərzində birlikdə olduğu sevgilisi Klementinadan olduqca təəccüblü bir xəbər alan Coul, bir texnoloji təcrübəyə qatılan sevgilisinə münasibətlərini tamamilə yaddaşından silinməmiş xatırlatmağa çalışır. Yəni Coulun kim olduğunu belə xatırlamır. Bu hadisəyə görə dəli olmaq üzrə olan Coul, eyni proseduru öz üzərində də həyata keçirmək istəyir. Film, adamın xatirələri silinərkən, yaşanılan münasibəti nümayiş etdirir. Adam da bir daha olduqca yaxşı başlayan və sonradan pisləşən münasibəti izləyir. Lakin zaman keçdikcə və növbə yaşanılan gözəl şeylərə gələndə, üzərindəki müdaxiləni dayandırmaq istəyir. Çünki artıq peşman olmuşdur.


2. One Flew Over the Cuckoo s Nest 1975 – IMDb: 8,7

Filmdə Randle P. McMurphy məhbus olduğu həbsxanadan olduqca çox sıxılmışdır. Buradan xilas olmaq üçün dəli təqlidi edir və qısa bir müddət sonra ağıl xəstəxanasından gələn bir heyət Randle P. McMurphy’i ağıl xəstəxanasına aparılmasını tövsiyə edir. Yeni yeri olan Ağıl xəstəxanasında qaydalara uymaması səbəbindən qısa müddətdə diqqətləri üzərinə çəkməyi bacarır. Soyuq rəftarlı, avtoritar vəzifəli bir tibb bacısı Ratched Randle’ı yaxın təqibə alır və hər hərəkətini yaxından izləməyə başlayır.


1. Forrest Gump 1994 – IMDb: 8,8

Forrest Gump, kiçik yaşlarda atasını itirmiş, aşağı zəka səviyyəsinə sahib sadə bir insandır. Uşaqlığı boyunca, əldə etdiyi tək dostu Jenny’dir. Məktəbdəki problemlər səbəbiylə isə hər şeyi ona anası öyrətmişdir. O zamanlar məşhur olan “orduya qoşulma” hadisəsini təqib edən Forrest, Vyetnam döyüşünə qatılmış burada bir neçə dost və medal qazanmışdır. Etdikləriylə fərqində olmadan insanlar arasında məşhur olam Forrest’in tək məqsədi isə uşaqlıq eşqi Jenny Curran’ı əldə edə bilməkdir.

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi: