Alexa Meade, Los Angelesdə yaşayan, əsərləri dünyaca məşhur qalereyalarda sərgilənən tanınmış bir rəssamdır. İlk baxışda aşağıda paylaşdığımız şəkilləri sizə adi görünə bilər, ancaq heç də elə deyillər. Necə bir fərqlilikləri var deyə sizdən soruşsaq, təxmin etməyiniz də mümkün deyil 🙂

    Ancaq aşağılara enib yaşlı adamın fotoşəkilini gördükdən sonra nəyin nə olduğunu anlaya bilərsiniz: Rəsm zənn etdikləriniz əslində fotoşəkildir və rəssamımız tablo olaraq gerçək insanlardan istifadə edir! Alexa fırçasıyla insanları elə bir şeyə çevirir ki, onları iki ölçülü rəsmlərdən ayırd etmək qeyri-mümkündür.