1) Özünüzü bizə qısa olaraq necə tanıda bilərsiniz?

1984-cü il, 15 Apreldə Gədəbəy rayonunda dünyaya gəlmişəm.  Xəzər Universiteti, Humanitar və Sosial Elmlər fakultəsi, Amerikaşünaslıq İxtisasından məzunam, həmçinin İstanbulda Boğaziçi Universitetində Sosyalogiya fakultəsində də, təhsil almışam.

Hazırda ANC GROUP-da İnsan Resursları Departamentində, İşəgötürmə Üzrə Mütəxəssis vəzifəsində işləyirəm.

Kariyera olaraq seçdiiym sahə, universitetdə oxuduğum ixtisaslardan tamamillə fərqlidir. Bu Fərdi İnkişaf sahəsidir. Bunun səbəbi də, sevdiyim işi tapmağım olub. Təlimçi kimi artıq 4 ildən çoxdur ki, fəaliyyət göstərirəm. Həmçinin fərqli qazet, jurnal və saytlarda məqalələrim də olur.

 

2) İş vaxtı başınıza gəlmiş ən maraqlı və ən yadda qalan hadisə nə olmuşdur?

Keçdiyim təlimlər əsasən iştirakçıların motivasya olunması, özlərinə inamın gücləndirilməsi, həyatlarında  müsbət mənada dəyişiklik etmək üçün onların həvəsləndirilməsi məqsədli olur.

Yenə təlimlərin birində, iştirakçılara həyatlarında ciddi dəyişikliik edə billəcəklərini, həqiqətən istəsələr ən böyük hədəflərinə çata biləcəklərini, özlərində xoşları gəlməyən vərdişləri, xüsusiyyətləri dəyişə billəcəklərini anladırdım. O günlərdə yeni aldığım bir kitab var idi və əgər o kitabi oxuyub, istifadə etsələr həyatlarında ciddi mənada dəyişiklik edə biləcəklərini dedim.

Iştirakçılardan biri kitabi istədi, bir həftəlik mən də verdim. Dedi  bu kitabı oxuyub, dəyişəcəm həyatımı mən də uğurlar arzulayıb kıtabı ona verdim.

Növbəti həftə kitabı qaytardı və mənə dedi  ki, bunlar hamısı boş şeylərdir, kitabda heç nədir yalandan tərif etmisiz. Soruşdum niyə, dedi ki, kitabı oxudum amma həyatım dəyişmədi yenə əvvəlki kimiyəm.

Soruşdum ki, kitabda yazılanlardan nə qədərin etdin və nə qədər müddət, Dedi heç nə etmədim oxudumki, dəyişəcək amma dəyişmədi. Kitabı mənə verdi və uzaqlaşdı..

 

3) İzləyicilərinizə nə bildirmək istərdiniz?

Demək istədiyim bir şey var. Fərqi yoxdur necə bir ailədə vəya mühitdə böyümüsüz, Keçmişiniz nə qədər uğursuz olub. Nə qədər zəif, bacarıqsız, uğursuz, olmusuz, nə kimi pis vərdişləriniz, xüsusiyyətləriniz olub əsas olan budur ki, qərar verdiyiniz andan həyatınızın axışını tamam fərqli bir istiqamətə dəyişə  və olmaq istədiyiniz kimi bir insan ola bilərsiniz.

Keçmişdə, bu günə kimi olan həyatınızda nə olubsa o artıq  bu gün yoxdur, qalıb keçmişdə o uğursuzluqları təkrar-təkrar düşünüb, xatırlayıb bir yük kimi çiyinlərinizdə gəzdirməyə bir son verin artıq. Bu cür yaşamaq maşın sürərkən, güzgüdən arxaya baxa-baxa yola davam etmək kimidir, hansıkı bu cür bir yolçuluğun aqibətinin nə olacağını təsəvvür elmək çətin deyil.

Bunun üçün də, keçmişdə nə olubsa sadəcə dərs almaq və ibrət götürmək üçündür, durub onlar haqqında danışmaq, gileylənmək, şikayət etmək üçün deyil. Nədən daha çox şikayət ediriksə onlar daha çox olur həyatımızda. Buna görədə nə vaxtlarını bugünə kiimi həyatlarında olmuş mənfi təcrübələr üzərində şikayət. giley etməyə yox, gələcək üçün seçdikləri hədəflərə necə çatmaq olar sualı ətrafında axtarışlarla və həyatlarında  olan bütün yaxşı, müsbət və gözəl şeylərə minnətdarlıq, təşəkkür və şükürlə keçirməyə başlamalarını tövsiyyə edirəm.

 

4) Son olaraq nə dəmək istərdiniz?

Son olaraq demək istərdim ki, yuxarıda dediklərim üzərində düşünsünlər və qərar versinlər, bizə sadəcə bir dəfəlik verilmiş olan bu ömrü giley, şikayət, tənqid kimi mənfi  və vaxt öldürücü şeylərə sərf etməyə dəyər ya yox?

Bundan əlavə öz qüsurlarını düzəltməyə, özlərini mükəmməlləşdirməyə o qədər vaxt ayırsınlar ki, başqalarının qüsurlarını, mənfiliklərini görməyə və kiminləsə bunları müzakirə etməyə vaxtları qalmasın.

Son olaraq da, hədəf seçərkən, hədəfləri üçün də bir hədəf seçsinlər:

DNB (Dünyada Nömrə Bir olmaq) olmaq hədəfini.  Ola biləcəklərinin ən yaxşısını olmağa, sadə, sıradan bir həyatı rədd etməyə, ətrafdan gələcək olan “sən bacarmazssan, sənnən adam olmaz, zəifsən, alınmayacaq, imkansızdır” kimi fikirlərə ciddi qəbul etməməyə və bütün potensiallarından maksimum istifadə edib olmaz deyiləni etməyə, “mümkünsüz, imkansız” sanılanı, “mümkün” etməyə və dünya səviyyəli bir LİDER olmağa çalışsınlar. Və bu yolda qarşılaşacaqları bütün çətinliklər, problemlər və uğursuzluqlar zamanı məğlubiyyətə, müvəqqəti çətinliklərə yenilməyib, bunları qəbul etməyib, “Mən Qalib Deyiləmsə, Oyun Hələ Bitməyib” deyib, sonuna kimi getsinlər əsla və əsla vazkeçməsinlər.