Tomas Robert Maltus (13 Fevral 1766 – 23 dekabr 1834) İngilis əhali artımı alimi və siyasi iqtisad nəzəriyyəçisi. Pessimist qaydalarıyla məşhurlaşan Maltus, hər nə qədər daha çox “Tomas Maltus” olaraq xatırlansa da özü ” Robert Maltus ” olaraq tanınmağa daha çox üstünlük vermişdir.

1766 -ci ildə varlı bir ailənin uşağı olaraq dünyaya gələn Tomas Robert Maltus, ilk təhsili evdə alır. 1784də Jesus College, Cambridge’ə daxil olur. Latınca və yunanca təhsili alarkən, əsl sahəsi riyaziyyat idi. 1791-ci ildə eyni məktəbdən master dərəcəsi götürür, 1797’de isə bir Anqlikan qır vaizi olaraq ruhanilər sinifinə qatılır.

1804-cü ildə evlənir və bu evliliyindən üç uşağı olur. 1805də isə İngiltərənin ilk iqtisadiyyat siyasi professoru olur (East India Company Collegedə ). İrsi olaraq doğuşdan yarıq damaqlıydı və bunun verdiyi utanc ilə 1833 -ci ilə qədər portretinin hazırlanmasına icazə verməir. Həmin ildə hazırlanan portretində isə rəssam bu deformasiyanı ağıllıca gizləmişdir.

Tomas Robert Maltus 23 dekabr 1834’de öldü , İngiltərədəki Bath Abbey’e basdırıldı.

1789-cu ildə, çox əhəmiyyətli qanunlara imza atan çalışması, “Əhali artımı haqqında Araşdırma “nı nümayiş etdirdi. Daha sonra 1803-cü ildə bu əsərini nəzərdən keçirib təkrar nümayiş etdirdi. Çalışması böyük əks-sədalar oyandırmış və bir çox yeni mübahisələrə səbəb olmuşdur. İşinə görə uyğun şərtlərdə hər hansı bir populyasiya, qida maddələrinin artışından daha sürətli bir nisbətdə artır və beləcə zamanla adam başına düşən qida miqdarı azalır. Bu fikrinin təməli budur: uyğun şərtlərdə hər hansı bir məhdudlaşdırıcı faktor (epidemiya və s.) yoxsa populyasiya həndəsi silsilə formasında artar (2 , 4 , 8 , 16 , 32 , 64 , …), halbuki qida maddələri ədədi silsilə formasında artar (1 , 2 , 3 , 4 , 5 , 6 , …). Təbiətdə aradakı bu fərq, populyasiyada bəzi fərdlərin ölümlərinə səbəb olur və bir tarazlıq təmin edilir.

Bu düşüncələri səbəbiylə Maltus gec evlənmək, az sayda uşaq sahibi olmaq və s. hərəkətlərin təşviq edilməsinin lazım olduğunu düşünürdü. Maltusa görə ictimai səfalətin ən böyük səbəbi aşağı təbəqələrdi və buna görə bu cür bir əhali planlaması üst təbəqədən çox alt təbəqələrə tətbiq olunmalıydı. Kasıb xalqa göndərilən (xüsusilə ictimai) kömək proqramlarına qarşı çıxmışdır. Hər cür ictimai müdaxiləyə və köməyə müxalif olmuşdur.

Maltusun düşüncələri daha özü həyatda ikən böyük mübahisələrə səbəb olmuşdur. Bu gün hələ Maltusu müdafiə edənlər qədər onu tənqid edənlərin də sayı xeyli çoxdur. Hər nə qədər Maltusun və Neo – Maltusçuların XX əsr üçün nəzərdə tutduqları səfalət və böhran (həddindən artıq əhali artımı qarşısında qeyri-kafi qida istehsalı ) yaşanmamış olsa da, bu cür bir böhranın yaşanmamasında inkişaf edən texnologiyanın payı böyükdür.