Azərbaycan Turizm Forumunun təşkilat komitəsi ancaq tələbələr üçün “Tourism Students Meetup” təşkil etməyi qərara almışdır.

Tourism Students Meetup” turizm sahəsində ixtisaslaşan tələbələr üçün Azərbaycanda iri həcmdə keçiriləcək ilk və tək platformadır.

Bu platforma turizm tələbələrinin professional biznes mühiti ilə tanışlığına imkan yaradacaq, turizm sənayesinin mütəxəssislərinin məsləhət və ən yaxşı nümunələrinə qulaq asacaq, müzakirə edəcək, açıq qalan suallarını verə biləcəyi bir platforma olacaqdır.

“Tourism Students Meetup” 23 Fevral, 12:30 tarixində “Caspian Business Oteli”ndə keçiriləcəkdir.

“Tourism Students Meetup”  yalnız tələbələr üçün təşkil edilir və tələbələrin iştirakı PULSUZdur.

Tədbirdə 400 tələbənin və 9 spikerin iştirakı planlaşdırılıb.

Tourism Students Meetup”da iştirak edəcək spikerlərin siyahısı:

  1. Raci Əhlimanzadə (Absheron Hotel Group)
  2. Kamil Dadaşov (Mauve Hospitality)
  3. Həvva Səfərova (Winter Park Hotel)
  4. Rahib İsmixanov (Sumqayit Plaza Hotel)
  5. Ələkbər Eyvazlı (Trip to Azerbaijan)
  6. Nadir Fərəcov (Mondo Travel)
  7. İradə Qədirova (Fotoqraf)
  8. Jala Alakbarzada (Travel Blogger)
  9. Samir Aliyev (Boulevard Hotel Baku)

“Tourism Students Meetup”da iştirak üçün qeydiyyat mütləqdir.

Qeyd 1: Yalnız turizm ixtisası istiqamətində oxuyan tələbələr iştirak edə bilər.

Qeyd 2: Gələrkən şəxsiyyət vəsiqənizi və tələbə biletinizi gətirməyi unutmayın, əks halda zala buraxılmayacaqsınız.

Daha ətraflı: https://www.tourismstudentsmeetup.com/

Tələsin, tədbirdə yalnız 400 tələbə iştirak edə biləcək.

Ümid edirik ki, “Tourism Students Meetup” tələbərimizin karyera qurmağına yardımcı olmaqla yanaşı Azərbaycanın turizm sənayesinin inkşafına da dəstək olacaq.