Üç Filosof, italyan intibah sənətçisi Giorgione tərəfindən hazırlanan yağlı boya tablosudur. Üç Filosof, italyan soylusu və Venesiyalı tacir Taddeo Contarinin istəyi üzərinə hazırlanmışdır. Taddeo Contarinin Simyaya maraq göstərməsi bu tablonun ortaya çıxmasında əhəmiyyətli rol oynamışdır.  Üç Filosof tablosu rəssamın vəfatından bir il əvvəl, 1509’da bitmişdir. Giorgione son şəkillərindən biri olan tablo hazırda Vyana İncəsənət Tarixi Muzeyində sərgilənməkdədir. Tabloda üç filosof göstərilməkdədir. Gənc, orta yaşlı və yaşlı bir filosof. Tablonun indiki vaxtda istifadə edilən adı venesiyalı bir zadəgan olan Marcantonio Michiel tərəfindən verilmişdir.