Hər kəs ilk romantik anlarını birlikdə keçirdiyi vaxtda siz ekrandan ekrana görüşürsünüz? Ətrafınızdakılar sizə bu münasibət davam etməz desə də, sevginizdən imtina etmirsinizsə bu məqalə tam sizlikdir. Uzaq məsafələrdən qurulan münasibətlərə dair sizə bir neçə tövsiyəmiz var. 🙂
Bir-birinizi suallarla tanıyın
Partnyorunuzun istəklərini, qorxularını və vərdişlərini öyrənmək üçün sual vermək ən yaxşı vasitədir. Soruşmaqdan çəkinməyin.
Onunla davamlı ünsiyyət qurun
Xoşbəxt münasibət üçün zaman ayırmaq və maraqlanmaq əsasdır. Onu sıxmayın, amma hər zaman əlaqə saxlayın. Telefon danışıqlarını, video zəngləri və yazışmaları əlçatan edin. Uzaq məsafəli sevgililərin münasibətlərində səbr şərtdir.
Paranoyik davranmayın
Mütəmadi olaraq ünsiyyət qurmaq şərtdir, ancaq danışmadığınız vaxtlarda paranoyik davranmayın. Hər hansı güvənsizlik probleminin ortaya çıxdığını hiss etdiyiniz zaman bunu sevgilinizlə həll etməyə çalışın. Unutmayın, inam olmayan münasibət çox davam edə bilməz.
Öncədən sərhədlərinizi müəyyən edin
Aranızdakı qısqanclığın qarşısnı almaq üçün sərhədlərinizi və qaydalarınızı ilk gündən təyin edin. Əgər qarşı tərəf “yox” deyirsə, bunu həqiqətən “yox” olaraq qəbul edin. Bəzən bu naz etmək olmaya bilir. 😀
Birlikdə nələrsə edin
Texnologiyadan yararlanın, eyni anda eyni filmi izləyin. Video zəng edərkən qarşılıqlı yemək yeyin, eyni oyunları oynayın. Bu mövzuda yaradıcılığınızdan istifadə edin.
Romantikanı da unutmayın
Bir az köhnə dəb ola bilər, amma bir-birinizə məktub yazmağınız xoş ola bilər. Özəl günlərinizi unutmayın, bir-birinizə heç gözlənilməyən vaxtlarda gözəl sözlər deyin, hədiyyələr göndərin.
Qarşı tərəfə qarşı dürüst olun
Bu münasibətdən nə gözləyirsiniz? Hazırkı vəziyyətiniz buna uyğundurmu? Qorxu, inamsızlıq, qısqanclıq, diqqətsizlik hissləriniz haqqında mütləq danışın.
Əslində, yazdığımız punktlar bütün münasibətlər üçün uyğundur. Unutmayın, sevginizi sağlam və yaxşı formada davam etdirmək tamamilə sizin əlinizdədir.
Ən qısa zamanda birlikdə olmağınız diləyi ilə… 🙂