Kanadalı sənətçi Talwst, miniatür dioramalarıyla məşhurdur. O, miniatür sözünün haqqını həqiqətən verir; çünki hər işi kiçik bir üzük qutusuna yerləşir! Sənətçi üzük qutularının içinə aktual ya da müxtəlif tarixi hadisələri mövzu alan səhnələri böyük ustalıq və səbrlə işləyir.


Bilməyənlər üçün dioramanı qısaca açıqlayaq. Wikipedi’dakı açıqlamasına görə Diorama belə ifadə olunur: “gerçək və ya fantastik bir hadisənin, anın və ya hekayənin işıq oyunlarının da köməyi ilə üç ölçülü olaraq modelləşdirilməsidir.”


Bu çox ciddi əmək və səy istəyən əsərləri aşağıda görə bilərsiniz.