İspaniya deyiləndə ağla gələn ilk şey öküzlər olsa gərək… Buğa güləşi, küçələrdə qaçan buğalar və s. İspaniyada buğalar dəyərlidir.

İspanlar ən azından belə vurğulayır, amma verdikləri dəyər, öz kefləri üçün bir qrup heyvanı qorxuya, çaxnaşmaya və ölümə məhkum etməkdən ibarətdir. Buğaların istifadə edildiyi bir çox fəaliyyət var, bu tədbirlərin demək olar ki, hamısı qanlı fəaliyyətlərdir. Bu fəaliyyətlərdən ən az qanlı bitəni San Fermin Festivalıdır. Ən azından öküzlər üçün…

San Fermin Festivalının tarixi çox keçmişlərə doğru gedir. Hətta 1500-ci illərdə başladığı düşünülür.

Festivalda günlərlə musiqi, əyləncə dayanmır. Bu vəziyyət ağıllara buğaların çox gözəl vaxt keçirdiyi kimi bir illüziya gətirə bilər, lakin işin iç üzü təəssüf ki, belə deyil.

San Fermin Festivalı hər il 6 iyulda başlayır və 14 İyula qədər davam edir. İspaniyanın şimal bölgəsindəki Navarre əyalətinə bağlı Pamplona şəhərində keçirilən festivalda bir qrup öküz, müəyyənləşdirilmiş yolda irəliləmələri və sonunda arenaya çatmalarıyla nəticələnən təxminən 3 dəqiqəlik bir marafon keçir. Bu əsnada qarşısından və yanından qaçan insanlarla birlikdə arenaya doğru irəliləyirlər.

Qorxu və yaradılan panikayla birlikdə ətrafa və ətrafda olan insanlara hücum etməsi təmin edilir.

İştirakçılar tərəfindən buğalara vurulur, quyruqları çəkilir. Bu vəziyyət öküzün ətrafdakıları hədəf almasına və bölgədəki insanların ölümü ilə nəticələnən yaralanmalarına səbəb ola bilir.

İşin özəyi eynilə öküz güləşlərindəki kimi əsəbləşdirilən öküzlərin ətrafa hücum etməsindən ibarətdir. Arenaya çatanda isə daha kiçik yaşı olan və buynuzlarına yumşaq maddələr keçirilən beş öküzün insanlara hücum etməsi təmin edilir.

Yaxın günlərdə öküz güləşlərindən birində bir matador öküz zərbəsiylə həyatını itirmişdi. Matadoru öldürən öküzün anası da həmin öküzdən sonra öldürülmüşdü. Səbəbi isə intiqam almaq idi. Bir matador öküz tərəfindən öldürülsə, o öküzün bütün ailəsi öldürülər bu bir ənənədir. İnsanların öküzü zorla əsəbləşdirməsi bir kənara, birdə intiqam almaq üçün alışıb yanırlar. Verdikləri dəyər və sevgi bundan ibarətdir.

İnsan davamlı olaraq səhv edən və bunu qəbul etməyən ziddiyyətli bir varlıqdır. Bizlər ölən matadorların deyil, ölən öküzlərin yanındayıq və onlarla empati qururuq. Öküzlər bu cür yarışlardan azad olana qədər də mübarizəmiz davam edəcəkdir.

Məlumat sizə necə təsir bağışladı?
Like
Love
Haha
Wow
Sad
Angry
You have reacted on "Vəhşilik dolu San Fermin Festivalı" A few seconds ago