Vasco da Qama (Portuqal dilində oxunuşu Vasico idi Qama- (1469, Sines, Portuqaliya – 24 dekabr 1524, Kochi (Kerala), Hindistan)) kəşflər çağında yaşamış, Avropanın ən müvəffəqiyyətli kəçfiyyatçılarından olan, Avropadan çıxıb birbaşa Hindistana gedən ilk adam olaraq bilinən, portuqaliyalı dənizçidir.

Portuqaliya kralı I Manuelə bağlı, Şərqin xəzinələrinə və xristianlar üçün müqəddəs olduğuna inandıqları Hindistan torpaqlarına çatmaqla vəzifələndirilmişdir. 1497-ci ildə özündən əvvəl Bartelemeu Dias’ın kəşf etdiyi və Afrikanı dolanan Ümid Burnuna qədər uzanan dəniz yolunu inkişaf etdirərək, dənizçi Henri’nin başlatdığı Portuqaliya dəniz kəşflərinə bir yenisini əlavə etmişdir.

Avropalıların Hindistana dəniz yolu ilə çata bilməsini, Osmanlı Dövlətinin və İranın ticarət sahəsindəki üstünlüklərinə son vermiş, dəniz ticarətində Avropalıların üstünlüyü ələ keçirməsini təmin etmişdir.

Getdiyi yerlərdə müsəlman gəmilərinə qarşı, xüsusilə həccdən gələn zəngin gəmilərə qarsı quldurluq etmiş, Calicut, Mombasa, və Malindi kimi liman şəhərlərində, yerli xalqla döyüşüb, bu şəhərləri topa tutmuşdur. 1998-ci ildə Hindistan hökuməti Qamanın Hindistana ilk gəldiyi yer olan Calicutda, xüsusilə ölkəyə və bölgəyə turist çəkmək məqsədiylə şənliklər etmək istəyir, lakin başda Hindistan Kommunist Partiyası olmaq üzrə, xalq Vasko da Qama gəlməsiylə kölələşdirmə və imperialist istismar dövrünün başladığını söyləyərək, bu qeyd etmələrə qarşı qiyam qaldırır və aksiyalar təşkil edirlər. Bundan dolayı 500-cü il şənlikləri Hindistanda keçirilmir və hökümət geri addım atmaq vəziyyətində qalır. Ancaq bütün bunlara baxmayaraq Vasco da Qama portuqaliyalıların milli qəhrəmanı olduğu üçün Portuqaliyadakı qeyd etmələrdə bir dəyişiklik edilmir, hətta bu qeyd etmələr daha da böyük bir şəkildə Expo 98 şənlikləri ilə birləşdirilir.