Müasir qida sənayesi bizim zəruri miqdarda vitamin qəbul etməsi tələbini ödəmir. Baxmayaraq ki, vitamin çatışmazlığından ciddi xəstəliklər yaranmır, amma bu zaman orqanizm normal funksiyalarını yerinə yetirə bilmir. Buna görə də orqanizmimiz vitamin defisiti haqqında bizə siqnal göndərir. Həmin siqnalların 4 əlamətini mövcuddur:

    1. Ağız ətrafı çatlar. Bu o deməkdir ki, sizdə dəmir, sink, B2, B3, B12 vitaminlərinin çatışmazlığı mövcuddur. Bu problem ən çox vegeterianlarda olur, çünki ət yeməklərindən imtina edərək onlar orqanizm üçün zəruri miqdarda dəmir və sink əldə edə bilmirlər. Həmçinin qeyd etmək lazımdır ki, heyvan mənşəli ərzaqlardan imtina zülal çatışmazlığına səbəb olur. Zülal isə yeni hüceyrə və toxumaların yaranmasında və bərpasında əsas fermentdir.

    Bu vəziyyəti aradan qaldırmaq üçün quş əti, qızılbalıq, yumurta, pomidor, araxis, mərcini qidada çox istifadə etmək lazımdır. Unutmamaq lazımdır ki, dəmir qana C vitamininin köməyi ilə sovrulur. Buna görə də yuxarıda sadalanan ərzaqları brokkoli, qırmızı bibər və kələmlə bir yerdə yemək lazımdır.

    2. Üz dərisində qızartı və səpkilər, saç tökülmləsi. Bu göstəricilər biotin (B7 vitamini) defisitinin əlamətidir. O, həm də saç vitamini kimi də məşhurdur. Bodibilderlər bilməlidir ki, çiy yumurta qəbulu onların orqanizmi üçün həddən artıq təhlükəlidir. Beləki, çiy yumurtanın tərkibində olan zülal – avidin biotinin (B7) orqanizm tərəfindən mənimsənilməsinə mane olur.

    Bu vəziyyəti aradan qaldırmaq üçün qaynadılmış yumurta (yumurta bişmiş halda olarkən avidin zülalı neytrallaşır), avokado, göbələk, qırmızı kələm, qoz ləpəsi, moruq, banan yemək lazımdır.


    3. Dəridə qırmızı və ağ rəngdə qabıqlanan ləkələr. Bu o deməkdir ki, sizdə vitamin A və D çatışmazlığı var.

    Bu vəziyyəti aradan qaldırmaq üçün siz çoxlu təbii, sağlam yağlardan istifadə etməlisiniz. Bunun üçün qida rasionuna qızılbalıq, qoz-fındıq və badam əlavə etmək lazımdır. Bu ərzaqlarda olan D vitamininin daha yaxşı mənimsənilməsi üçün həmin ərzaqları göyərti, mevə-tərəvəz, yerkökü, şirin kartof, qırmızı bibər və s. yemək lazımdır.


    4. Əzələ spazmaları, ayaq və əllərdə ağrılar. Bu əlamətlər maqniy, kalsiy və kaliy çatışmazlığından xəbər verir. Əgər siz idmanla məşğul olursunuzsa, sizin daha çox mineral və suda həll olan vitaminlərə ehtiyacınız var.

    Bu halı düzəltmək üçün daha çox banan, badam, fındıq, giləmeyvə, alma, qreypfrut, brokkoli, kələm yemək lazımdır.