Hansı kişilərlə görüşməli və hansı kişilərlə görüşmək lazım olmadığını bilmirsinizsə, sizə kömək edə bilən məsləhətləri nəzərdən keçirin.

Yalan danışırsa 

Sevgilinin artıq yalan danışmaqda həddini aşdığını hiss edirsənsə, deməli ona vida etməyin zamanı gəlib çatıb. Unutmayın, özünə hörmət edən qadın onu alçaldan yalanlara dözmək məcburiyyətində deyil.

Ev telefonunu sizə vermirsə… 

Yeni tanış olduğunuz insanlara ev telefonunu verməməyiniz çox təbii bir şeydir. Lakin sevgiliniz sizdən ev telefonunu gizləyirsə, belə kişilərdən qaçın. Çünki sizə dəyər verən bir kişi heç vaxt nömrəsini gizli saxlamaz.

Suallardan qaçırsa

Sevgilin ona verdiyin bütün suallardan qaçırsa, deməli, belə bir kişiyə güvənməyə dəyməz. Onun suallardan qaçmağı əslində, sevgisinə olan şübhəsinin göstəricisidir.

Görüşləri təxirə salırsa

Sevgiliniz görüşlərinizi mütəmadi olaraq təxirə salırsa, bu onun sizin münasibətlərinizə olan hörmətsizliyin göstəricisidir. Çünki sizə dəyər verən bir insan sizin də fikirlərinizi bilməlidir. Görüşləri qarşılıqlı razılaşma ilə təyin etmək lazımdır. 

Dostları ilə tanış etməyibsə 

Sevgiliniz uzun müddətdir bir yerdə olmağınıza baxmayaraq, hələdə dostları ilə tanış etməyibsə, deməli sizi buna layiq görmür. Bir kişi sevdiyi qadını ətrafında olan insanlarla o zaman tanış edir ki, onu həqiqətən də sevib və dəyər verir.

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂