Bu məqaləni xoşbəxtliyi işə salmaq üçün nəzərdə tutulmuş bir instruksiya kimi düşünün.

  • Zamanınızı və pulunuzu dünyanı kəşf etmək üçün xərcləməkdən çəkinməyin.
  • Sevirsinizsə, etiraf edin.
  • Anlamırsınızsa, soruşun.
  • Mübahisə etməməyə çalışın.
  • Bu günü dolu-dolu yaşayın, çünki dünən artıq keçdi. Sabah isə olmaya bilər.
  • Qəbahətiniz varsa, özünüzü haqlı çıxarmağa çalışmayın. Üzr istəyin.
  • Ətraf nə yaxşı, nə də pisdir. Onun üçün fərqi yoxdur siz varsınız, yoxsa yox.
  • Bir il sonra bu gün başlamadığınız üçün təəssüf edəcəksiniz.
  • Hər bir hadisədən zövq almağa çalışın.
  • Unutmayın ki, dünyaya ikinci dəfə gəlməyəcəksiniz.
  • Televizora baxmayın. Bu cihaz beyninizi kütləşdirməkdən başqa bir işə yaramır.
  • Siyasətdən kənar olun. O, insanları qəddarlaşdırır.
  • Yalnız özünüzə güvənin.
  • Əhvalınız yaxşı deyilsə, bilin ki, siz öldükdən sonra əhvalınız ümumiyyətlə olmayacaq.
  • Bil ki, bu gün həyatının ən yaxşı günüdür.
Nə düşündünüz?
Like
Love
Haha
Wow
Sad
Angry