Yuxu əsnasında öyrənə biləcəyimiz 4 şey

4594

Yuxuda bir şeylər öyrənilib-öyrənilmədiyi sualının cavabını hər kəs üçün maraqlıdır. Bəzilərinə görə bu bir əfsanə, bəzilərinə görə isə reallıqdır. Təbii ki, bir gecədə oturub böyük bir kitabı əzbərləmə kimi bir şansımız yoxdur, ancaq yuxu əsnasında həqiqətən öyrənə biləcəyimiz şeylər var.

Biz sizə bunların nə olduğunu söyləyək, siz də yoxlayın. 🙂


Başqa dillərdən sözlər
Aparılan bir araşdırmada, ana dili Alman olan bir qrupa Holland sözləri öyrədilməyə başlandı. İkiyə ayrılan qrupdan birinə, gecə yatarkən öyrəndikləri sözlər dinlədilirdi. Digər qrup içə səssiz sədasız yatırdı. Səhər edilən testdə, gecə sözləri dinləyənlərin daha müvəffəqiyyətli olduğu ortaya çıxmışdı. Onu da qeyd edək ki, burada yalnız səslə öyrənmənin deyil, yuxu əsnasında dinləmiş olmanın təsiri böyükdür. İki qrup da sözləri əvvəlcədən şifahi olaraq dinləmişdi, amma yuxusunda təkrar dinləyənlər müvəffəqiyyətli ola bilmişdi.


Musiqi qabiliyyətləri
Bu təcrübədə də eyni şəkildə bir təcrübə reallaşmışdı. Bir qrup insana, Guitar Hero’dakı mahnıları çalmağı öyrətməyə çalışırlar. Qrup bir müddət sonra yatmaq üçün gedir. Yatanların bəzilərinə, bir az əvvəl çalmağa çalışdıqları melodiya ifa olunarkən, bir hissəsi yenə hər hansı bir səs olmadan yatır. Oyandıqdan sonra, melodiyanı dinləyənlər mahnını dərhal çalmağa başlayır. Yatarkən melodiyanı dinləməyənlər isə digərləri qədər müvəffəqiyyətli ola bilmir.


Nəyi hara qoyduğunuzu xatırlama
2013-cü ildə edilən bir araşdırmada, 60 yetkin insandan, kompüterdə açılmış məkan görünüşünün içinə, müəyyən obyektləri yerləşdirmələri istənildi. Bu müddətdə, otaqda bir melodiya çalırdı. Daha sonra bu insanlar, 1,5 saatlıq bir yuxu fasiləsi verdilər. Bu müddətdə hər hansı bir melodiya çalınmadı; ancaq ikinci yuxu fasiləsində, obyektləri yerləşdirmə əsnasında çalınan melodiya təkrar çalındı.

Birinci yuxu fasiləsindən sonra, insanlar obyektləri hara qoyduqlarını yavaş-yavaş unudurdular; ancaq maraqlı olan nöqtə, musiqinin dinlədildiyi yuxu fasiləsindən sonra, yaddaşdan məlumatların daha az silinməsi idi. Yəni onlar obyektləri yerləşdirən zaman çalınan musiqinin yuxu əsnasında da çalınması, hafizələrini gücləndirmişdi.


Xatirələrinizi beyninizin bir küncündə saxlama.
Beynimizin müəyyən xatirələri, əhəmiyyəti daha az olan xatirələrdən ayırma mövzusunda bir sistemi vardır. Bu xatirələr, birbaşa olaraq uzun müddətli yaddaşa həkk olunur. Elm adamları, bu sistemi “hackləməyin” bir yolu ola biləcəyini düşünmüş və həllini yenə yuxuda tapmışdır. Son zamanlarda edilən araşdırmalara görə, insanların müəyyən səslər yoldaşlığında bəzi əhəmiyyətsiz sayılan xatirələri də xatırladığı ortaya çıxmışdı.

Bu araşdırmadan yola çıxan elm adamları, bir qrup insanı bir otağa salırlar. Otağın bir küncündə pişik səsi çıxardan pişik ikonu, bir küncündə zil səsi çıxardan zil ikonu qoyulmuşdu. Bu səslər müəyyən aralıqlarla çalınırdı. Daha sonra qrupun bir hissəsi yuxuya daldı. Bu səslər, subyektlərin yatdığı əsnasa da, fasilələrlə təkrar çalınmışdı. Qrupun digər hissəsi yuxuya dalanda isə heç bir səs çalınmadı. Daha sonra yuxu əsnasında səsə məruz qalanlar, eyni səsi eşidəndə, ağıllarına gördükləri ikonlar gəldi. Digər qrupun ağılına isə belə bir şey gəlmədi.


Yuxu əsnasında beynimizə bu qədər yaxşı gələn şey nədir?
Beynimiz, yuxu əsnasında “SWS” adlı yavaş dalğa yuxusu deyilən bir mərhələyə keçir. Elm adamları, bu prosesin, xatirələri qısa davamlı yaddaşdan uzun müddətli yaddaşa daşıdığına inanır. Yuxarıda sıraladığımız təcrübələr də, yavaş dalğa yuxusu əsnasında reallaşan və müvəffəqiyyətlə nəticələnən təcrübələrdir. Fərqli bir deyişlə, yavaş dalğa yuxusu, öyrənmək və xatirələrimizi yaddaşımıza həkk etmək üçün ən uyğun dövrdür.


Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi: