Sağ ikən, bəziləri onu şarlatan, bəziləsi isə dahi adlandırırdı. Onu iki kəşfi ölümsüzləşdirdi: o, insan yuxusunun sirlərini aşkar etdi və insan şüuraltının açarını tapdı. Ziqmund Freydin sitatları isə insanları kitab kimi oxumağımıza kömək edəcək:

  • Şəxsiyyətinizin sahəsi, sizi özünüzdən çıxaran problemin həcmi ilə ölçülür.

  • Depressiyaya düşmədən və özgüvəninizin olmadığını düşünmədən öncə, axmaqlarla əhatə olunmadığınızdan əmin olun.

  • İnsanı xoşbəxt etmək, dünyanın yaradılış planına daxil deyildi.

  • Həyatın mənası və dəyəri haqqında düşündüyü an, insanı dəli adlandırmaq olar.

  • Daş əvəzinə söyüş atan ilk insan, sivilizasiyanın banisi olmuşdur.
  • Mükəmməl, əbədi və nifrətdən təmizlənmiş sevgi, yalnız aludəçi və narkotik arasında mövcuddur.

  • İnsan xaricən nə qədər qüsursuzdursa, daxilən o qədər şeytanlarla doludur.

  • Tənqid olunduğum zaman, özümü müdafiə edə bilərəm. Tərif aldığım zaman isə mən gücsüzəm.

  • Heç vaxt aşiq ikən olduğumuz qədər aciz, eşqimizi itirdiyimiz zaman olduğumuz qədər ümidsiz olmuruq.

  • Axmaqlığın ilk əlaməti utancın yoxluğudur.