Bildiyiniz kimi Bakı, “2015 Avropa Olimpiya” oyunlarının keçiriləcəyi yer olacaq. Bu oyunların keçirilməsi üçün ölkəmizdə – xüsusilə Bakı və Mingəçevirdə- əsaslı təmir və tikinti üçün milyon manatlar sərf edilir. Bu oyunların gözəl və əvəzsiz keçiriləyəcəyindən əmin olaraq növbəti dəfə hansı tədbirlərin keçirilə biləcəyini aşağıdakı siyahıda məsul şəxslərin diqqətinə çatdırıram. 

  1. Bakı Avropa Mədəniyyət Mərkəzi
    Bakının memarlığına, siluetinə, tarixi məkanlarına göstərilən qayğı nəticəsində mütləq şəkildə bu mərkəz Bakı olmalıdır.


  2. Bakı Avropa Təmiz Dəniz Mərkəzi
    Xüsusilə də kanalizasiyanın dənizə axıdılmasını düşünsək bəsdir.


  3. Bakı Avropa Nəqliyyat Mərkəzi
    Sadəcə körpü tikintisi belə bizi ön planda tutar.


  4. Bakı Avropa İnfrastruktura Mərkəzi
    Yağış suyunun istifadəyə yararlı olduğunu bilmək bütün avropalıların haqqıdır. Xüsusilə körpüdən axan.


  5. Bakı Avropa Qadın Hüquqları Mərkəzi
    Çünki, bizim ata-babalarımızdan qalan heç kəsə məlum olmayan amma hamının bildiyi dünyanın ən qədim qadın hüquqları mərkəzi olduğumuz gərçəyi. Əgər ildə 500 % artan qadına şiddət hadisələrini örtə bilsək.


  6. Bakı Avropa Planlı Şəhərsalma Mərkəzi
    Sadəcə Ağ Şəhər planı ilə avropalıları heyrətləndirə bilərik.


  7. Bakı Avropa Təhlükəsizlik Mərkəzi
    Məncə, Xüsusilə avtobus qəzaları ilə biz buna layiqik. 


     

    Bakı 2015 Avropa Olimpiya oyunları xalqımıza uğur gətirsin!?