Uşaqdan böyüyə hər kəsin sevdiyi film janrı. Bəli, budəfəki yazımız animasiyalar haqqındadır. 2019-cu ilin növbəti aylarında gözlənilən animasiyaların siyahısını təqdim edirik. 🙂

Secret Life of Pets (Ev heyvanlarının gizli həyatı)

2017-ci ildə maraqla izlədiyimiz animasiyanın bu il ikinci hissəsini gəlir. Ev heyvanlarının başına gələn macəraların davamını 7 iyun tarixindən kinoteatrlarda izləyə biləcəyik.

Toy Story 4 (Oyuncaq hekayəsi 4)

Bu animasiyanın ilk hissəsinin 1995-ci ilin noyabrında tamaşaçılara təqdim edildiyini yəqin ki, çoxumuz bilmirdik. Növbəti hissələri 1999 (Toy Story 2), 2010-cu (Toy Story 3) illərdə çəkilən filmin dördüncü seriyasını bu ilin iyun ayında izləmək fürsətimiz olacaq.

Frozen  2

Bir ay öncə treyleri yayımlanan Frozen 2 animasiya filmini izləmək üçün bu ilin payızını gözləməliyik.

Angry Birds 2 (Əsəbi quşlar 2)

Bu yay izləyə biləcəyimiz animasiyalar sırasında Angry Birds 2 də var. İki il əvvəl birinci hissəsi təqdim olunan filmin ikinci hissəsi də böyük maraqla gözlənilir. Bu dəfə daha əsəbidilər, deyəsən.

UglyDolls (Çirkin gəlinciklər)

Film 2019-cu ilin may ayında tamaşaçılara təqdim olunacaq. Animasiyadakı qəhrəmanları səsləndirən məşhurlar arasında amerikalı müğənni Bibi Reksa da var.

Sonic the Hedgehog

Uşaqlığımızın əvəzedilməzi Sonik 2019-cu ilin noyabrında geri dönəcək. Doktor Eqman obrazını sevimli aktyor Cim Kerri səsləndirib. Uşaqlığı Sonik cizgi filmi və Sega oyunu ilə keçən 90-lar bu animasiya filmini qaçırmasın deyərdim. Treyler hələ ki, yayımlanmayıb, konsept tizeri sizinlə paylaşırıq.

The Lion King (Kral şir)

Walt Disney Studiosunun bizə böyük sürprizi – Kral şir 25 il sonra geri qayıtdı. Cizgi filmini izlədiyimiz zaman keçirdiyimiz hissləri yenidən yaşamaq üçün iyul ayını gözləməliyik.

POKÉMON: Detective Pikachu (Pikaçu)

Daha bir klassika! Rayan Qoslinqin səsləndirdiyi, bir zamanların əfsanəsi sayılan qəhrəman Pikaçu uşaqlığı üçün darıxanları sevindirəcək. İlk treyleri 2018-ci ilin noyabrında yayımlanan animasiyanı 2019-ci ilin mayında kinoteatrlarda izləyə biləcəyik.

Xoş seyrlər hər birimizə!