Netflix istehsalı olan, az bilinən 3 maraqlı serial

1135

Film və serial sənayesində özünəməxsus yeri olan Netflix platforması daim yenilənən kataloqu ilə diqqət çəkir. Son illərdə izlədiyimiz film və serialların böyük hissəsinin məhz bu şirkət tərəfindən maliyyələşdirməsi şübhə doğurmur. Kifayət qədər böyük büdcəyə malik platformada az bilinən 3 maraqlı serialı diqqətinizə çatdırmaq istərdik.

  1. Behind her eyes (Onun gözlərinin arxasında) – 6 bölümdən ibarət mini serial psixoloq, onun asistenti və psixoloqun həyat yoldaşı arasında cərəyan edir. Hadisələrin  gedişatı izləyicidə böyük maraq doğurur. Son bölümdə isə izləyiciləri sürpriz bir final gözləyir.

  1. Safe (təhlükəsiz ) – Məşhur detektiv, triller yazıçısı Harlan Cobenin ssenarisi əsasında çəkilən 8 bölümlük mini serial gənc qızın dostları ilə getdiyi partidən qayıtmaması ilə bağlı araşdırmadan bəhs edir. Son bölûmə qədər izləyiciləri gərginlikdə saxlamğı bacaran bu seriala şans vermək olar

  1. What /if (Əgər)  –  Xəyallarınızı gerçəkləşdirmək üçün nə qədər şeyi qurban verərdiniz? Serial bu suala cavab axtarır. Gənc və elmi işlərlə məşğul olan qadın öz proyektini həyata keçirmək üçün məşhur iş adamı Enn Montemeri ilə razılaşma həyata keçirir. Ancaq bu razılaşmanın sərt və özünəməxsus şərtləri var. Bu razılaşmadan sonra heç bir şey əvvəlki kimi olmayacaq.