Həyəcanı, musiqiləri və sürpriz sonları ilə məşhur olan ispan filmləri son illərin yüksələnlərindən sayılırlar. İzləyicini təəccübləndirən və fantaziya ustası olan ispan sinemasının 10 möhtəşəm əsərini sizlər üçün seçdik.

1. Contratiempo – IMDb balı 8.1
Hamıdan gizli eşq yaşayan evli bir iş adamı və sevgilisinin yaşadıqlarından sonra uğradıqları qəza həyatlarını tamamilə dəyişdirəcək. Örtbas etdikləri bu qəzanı heç kimin bilmədiyini düşündükləri halda, birdən-birə qarşılarına çıxacaqdır.




2. El Cuerpo – IMDb balı 7.6
Filmin baş qəhrəmanı Aleksin varlı və ondan yaşlı olan arvadı Mayka ürək çatışmazlığından ölür. Eyni gün polis Aleksə zəng edib, arvadının morqdan yox olduğunu deyir. Aparılan araşdırmalardan sonra, bütün şübhələr Aleks üzərində toplanmağa başlayır. Aleks isə arvadının ölmədiyini və ona oyun oynadıqlarını düşünür… Heç bir təxmininizi doğrultmayacaq bu filmin sonu sizi çox təəccübləndirəcək.




3. La Habitacion de Fermat – IMDb balı 6.7
Sirli bir dəvətnamə ilə bir araya gələn, bir-birini tanımayan 4 riyaziyyatçı getdikcə daralan bir otaqda sıxışıb qalır. Filmdəki dəvətçilərin və aralarında keçən dialoqlar ilə otaqdan necə çıxmağa çalışdıqlarına şahid oluruq.




4. El Secreto de Sus Ojos – IMDb balı 8.2
İspaniya və Argentinanın ortaq hazırladığı kitab əsasında çəkilmiş bir filmdir. Köhnə sorğu müfəttişi yetmişinci illərdə bağlanan məhkəməni yenidən açmağa qərar verir. Bizi cinayət və cəza haqqında düşünməyə vadar edən bir mövzu beləcə başlayır.




5. La Piel Que Habito – IMDb balı 7.6
Bu film kəsinliklə insanı şok edir. Varlı bir estetik cərrah Ledgard-ın həyat yoldaşı avtomobil qəzasında, yanan bir maşının içindən sağ qurtulur, amma bədəni tamamilə yanır. Ağıl sağlamlığı yerində olmayan qızı isə qatıldıqları bir partidə narkotikin təsiri altındakı bir gənc tərəfindən təcavüzə uğrayır və vəziyyəti daha da pisləşir. Bundan sonra başlayan hadisələr isə olduqca qeyri-adidir.




6. Relatos Salvajes – IMDb balı 8.1
Gün ərzində kimə, harada və neçə dəfə əsəbləşdiyinizi bilirsiniz? Gündəlik həyatınızdakı əsəb pozan şeylərdən yola çıxan, bir-birilə əlaqəsi olmayan altı qısa hekayədən ibarət bir filmdir.




7. Celda 211 – IMDb balı 7.6
İzlədiyiniz həbsxana filmləri arasında ən yaxşıları arasına daxil ola biləcək bir filmdir. İşinin hələ ilk saatlarında həbsxana üsyanının içinə qapılan həbsxana gözətçisinin hekayəsindən bəhs edir.




8. Mientras Duermes – IMDb balı 7.2
Xoşbəxt ola bilməmək problemi yaşayan Cesar xoşbəxt olan hamıya əsəb olur. Xüsusilə də, həyat dolu qadın olan və ətrafına xoşbəxtlik saçan Clara-ya. Həyəcanlı və gərilərək izləyə biləcəyiniz bir filmdir.




9. La Cara Oculta – IMDb balı 7.4
Adrien və Belen xoşbəxt münasibət yaşamaqdadır, amma bir gün Belen bir video mesaj buraxaraq, itir. Bu mesajdan sonra isə hadisələr cərəyan etməyə başlayır.




10. Toc Toc 6.7
Siyahının sonunda isə olduqca əyləncəli bir film var. Təmizlik obsessiyası olan laboratoriya işçisi, xətlərə basmadan yeriməyə çalışan rəssam, evdə açıq buraxdığı bir şey qalmadığını kontrol etməkdən evdən heç cür çıxa bilməyən ev qadını, rəqəmlərə ilişən taksi sürücüsü, hər şeyi iki dəfə təkrarlayan idman müəllimi və özündən asılı olmadan söyüş söyən əlli yaşlarında bir adam. Obsessiv kompulsiv sindromu olan 6 nəfərin müayinə olunan zaman gecikən həkimlərini gözləyərkən yaşadıqları maraqlı anları izləyirik bu filmdə də.