Kanadada South Fork körpüsünün açılışında 1941-ci ilin insanlarından çox daha fərqli görünüşü olan qəribə bir adam kamerla tuş gəlmişdi. Paltarları, eynəyi və əlindəki müasir kamerası ilə o dövrün çox irəlisində olan bu adamın gələcəkdən keçmişə doğru zaman səhayyəti etmiş birisi olduğu iddia edilməkdədir.

Aparılan komputer analizləri fotoda heç bir fotoşop effektinin tətbiq edilmədiyini göstərib. Kanadanın əyalətlərindən biri olan Britaniya Kolumbiyasında yerləşən Bralome Pioneer Museum muzeyinin saytında ortaya çıxan foto internet aləmində böyük səs-küy yaradır. Fotoda insanlar 1941-ci ildə əyalət körpüsü “South Fork Bridge”in açılış mərasiminə toplaşıblar. Çoxları elə hesab edir ki, fotodakı şəxs ora gələcəkdən düşüb, çünki həmin şəxsin görünüşü 70 il qabaqkı Kanada üçün həddindən artıq qeyri-adidir. Entuziastlar hesab edirlər ki, bu bir daha zamanla səyahətin əslində mövcud olduğunu göstərir.

Fantaziyalara o qədər də inanmayan alimlər fotodakı gənc adamı lupa altında uzun-uzadı araşdırırlar. Həmin dövrdə “Kodak” özünün ibtidai məhsullarını artıq buraxmışdı. Köynək deyək ki, oğlanın nənəsi toxuyub. Həmin dövrdə çoxları toxuyurdu. Eynək bir az şübhə doğurub. Həmin dövrdə kişilər gün eynəyi taxmırdılar, taxsalar da, belə model yox idi. Amma buna da sübut tapılıb.

Bəziləri iddia edirlər ki, keçən əsrin 30-cu illərində alpinistlər məhz elə eynəkləri və toxunma köynəkləri çox xoşlayırdılar. Yeganə heç bir sübutu olmayan fakt oğlanın əynindəki köynək olub. Köynəyin üstündəki emblem heç cür həmin dövrdə ola bilməzdi. Nəticədə fotonu görənlərin 60%-i inanır və iddia edir ki, şəkildəki oğlan gələcəkdəndir. 20% isə fotoda qəribə heç nə görmürlər. Deyirlər ki, sadəcə oğlan həmin dövrün qəribə adamlarından olub.