Yenə sizi təəccübləndirəcək faktlar təqdim edirik. 🙂

  • 300 səhifəlik kitab oxuduğunuzda gözləriniz təxmini olaraq 1 km-lik məsafə qət etmiş hesab olunur.

  • 49 yaşlı cənubi amerikalı astronom Dani dü Tüa hər an ölümün gələ biləcəyi haqqında bir məqalə oxumuşdu. Bu məqaləni oxuduqdan dərhal sonra nanəli konfeti ağzına atdı və boğularaq can verdi.

  • Hər il təxmini olaraq 7000 insan həkimin anlaşılmayan xəttinə görə vəfat edir.

  • Prosopagnosia xəstəliyinə məruz qalan insanlar başqalarının sifətlərini ayırd etməkdə çətinlik çəkirlər, bəzən hətta bundan xəbərsiz olurlar. Dünya əhalisinin 2%-i bu xəstəliklə əziyyət çəkir.

  • 10-30 dəqiqə ərzində banan qabığını bədəndəki göyərmələrin üstündə saxlamaqla onlardan qurtulmaq olur.

  • Marsda gün batımı mavi rəngdədir.
  • Bayquşlar başını 270 dərəcə fırlaya bilərlər.

  • Dünyanın ən uzaqdan çəkilmiş fotosu təqribən 6 milyard km məsafədəndir.

  • Dünyadakı qızılın 99 faizi nüvə hissəsindədir. Bu qızıl ehtiyatı ilə dünyanı 45 sm qızılla örtmək olar.

  • Kosmosda 2 dəmir parçasını bir-birinə toxundursanız sonunda 1 dəmir parçası əldə etmiş olursunuz.