Hər zaman bayramlarda daha xoşbəxt hiss edirik. Bəzi adətlər var ki, onları daha sehrli edir. Yeni ildə nə edək? Yaşınızdan asılı olmayaraq, aşağıdakı siyahını yerinə yetirin və ürəkdən bu ilin daha yaxşı il olacağına inanın!

Santaya məktub yaz!

Vərəq və qələmi alıb, sakit bir yerə əyləşin. Təzə ildə nə arzulayırsınızsa burada qeyd edin. Daha sonra bunun sahibinə daha tez çatmağı üçün bir bucağını yandırıb, uçurdun. 

Santa Clausla şəkil çədirin

Artıq böyüdüm, mənasızdır bu!- deməyin 🙂 Santa ilə şəkil çəkdirin. Həm nostalgiya yaşamış olacaqsınız, həm də ürəyinizdə böyük inam olacaq- bu il bütün arzularım gerçəkləşəcək deyə!

Əl işləri hədiyyələr

Əlinizdən ən yaxşı nə gəlir? Bacardığınız hər nədirsə onu dostlarınıza, sevdiklərinizə düzəldib, hədiyyə edin. Dəyəri daha böyük olacaq- əmin olun!

Zəncəfilli adamla isti şokolad 

İsti şokolad hazırlayın və zəncəfilli adamla Yeni il üçün bəzədilmiş otağınızda nuş edin! Bu ikili sizi çox xoşbəxt hiss etdirəcək.

Yeni il filmləri

Evdə tək izləməyin əsl zamanıdır. Bütün tətil boyu nə edəcəyiniz bəllidir artıq!