Tanınmış səyyah Thomas Cook, bir araşdırma səfəri zamanı Atlantik okeanının tənha bir yerində, qışqırıqlarla milyonlarla quşun havada dairələr çəkərək uçduğunu görür. Qulaqları kar edəcək dərəcədə yüksək səslə qışqıran quşların bəziləri yorulduqca, özlərini okeanın nəhəng dalğaları arasına atırdı. Onlar bu son hərəkətləriylə həyatlarına son verir, özlərini okeanın dalğalarına buraxarkən, çarəsizlikdən ölümə təslim olurdular. Köçəri quşların köç yolu üzərində olan bu ada, bir zəlzələ nəticəsində, okeanın dibinə batır. İnsanların, yox olduğunun belə fərqinə vara bilmədikləri bu ada, köç yollarının ortasında quşlar üçün imtina edilməz “istirahət” yeri idi. Quşlar minlərlə illik irsi vərdişləriylə adanın yerini bilməkdə və yorucu, uzun səfərlərinin ortasında, bir az dincələbilmək və yenidən hərəkətə gəlmək üçün, yenə minlərlə illik irsi motivləriylə, okeanın ortasındakı adaya gəlirdilər amma … Olmalı olan yerdə adanı tapa bilməyəndə, yorğunluqdan əldən düşmüş bədənlərini qışqıra-qışqıra okeanın sularına buraxmaq məcburiyyətində qalırdı. Söz yenidən hərəkətə gəlməkdən düşmüşkən belə bir sual verə bilərik. Sizin heç “dincələbiləcəyiniz və yenidən hərəkətə gələbildiyiniz” bir adanız olub mu? Həyatın uzun “köç yolların” da görəsən, sizində bir qurtum təzə nəfəs ala biləcəyiniz, yolunuzun qalan hissəsinə dinc olaraq davam etmənizi təmin edə biləcəyiniz bir adaya sahib ola bildiniz mi?

Bir gün yerində tapa bilmədiyinizdə isə, ona hökmən də çatmaq və sığınmaq üçün başınız fırlanaraq, tarazlığınız pozulub, çırpınıb qanad çırpdığınız bir ada tapa bildiniz mi həyatınızda özünüzə?

Hər şeyi sərhədsiz paylaşabildiyimiz bir dost, yola birlikdə çıxacaq qədər etimad etdiyimiz bir yoldaş, bizə hər zaman dinclik verəcək bir yoldaş, çatmaq üçün illərlə məşğul olacağımız bir məqsəd tapa bilmişik mi?

Belə bir daha yaxşı baxın ətrafınıza …

Sizə gələn, sizə sığınan …

Sizin getdiyiniz, sizin sığındığınız …

Sizin tapdığınız dostlarınızı düşünün.

Sonra da bir gerçəyi görəbilərsiniz gözlərinizlə:

Sizin dayanıb, nəfəs aldığınız və özünüzü rahat hiss edə bildiyiniz neçə Adanız var ətrafınızda və …

Dayanıb, sığınmaq və özlərini rahat hiss edə biləcəkləri və buna ehtiyac duyan neçə dostunuz üçün siz bir Adasınız?