Əllərə tətbiq edildikdən 30 saniyə sonra antiseptik 99,9 % bakteriya və mikrobları məhv edir və virusları aradan qaldırır, ancaq bu vasitə təkcə bu problemlə deyil, bir sıra digər problemlərlə də mübarizə aparmağa kömək edir. Onlardan bəzilərini sizlər üçün sıralayırıq.

1. Telefonun ekranının təmizlənməsi

Bioloji testlər göstərmişdir ki, telefonumuzun ekranında unitazın su buraxma düyməsindən daha çox bakteriya var. Bu səbəbdən də gün ərzində telefonun ekranını dezinfeksiya etmək vacibdir. Bunun üçün telefonun ekranına antiseptik səpib, yumşaq dəsmal vasitəsi ilə silin. Bakteriyalar və üstəlik kiçik çapıqlar yox olacaq.

2. Sızanaqların aradan qaldırılması

Sızanaq özündən xəbər verməyə başladığı an iltihablı bölgəyə antiseptik tətbiq edin. Vasitə iltihabı aradan qaldıracaq.

3. Qalıcı markerlərin silinməsi

Qalıcı markerlərin tərkibində spirt var. Bu səbəbdəndə antiseptik gel və antiseptik salfetlər mebel, texnika və hətta geyimdə qalan markerlər ləkələrini asanlıqla aradan qaldırır.

4. Eynəyin təmizlənməsi

Əgər siz optik və ya günəş eynəyindən istifadə edirsinizsə, onu təmizləmək üçün xüsusi vasitə almağınıza ehtiyac yoxdur. Antiseptik gel barmaq izlərini və digər ləkələrin öhdəsindən asanlıqla gələcək.

5. Etiket və ya yapışqan izlərinin təmizlənməsi

Antiseptik vasitəsi ilə yapışqan və etiketdən sonra qalan ləkəni yox edə bilərsiniz. Bunun üçün ləkənin üzərinə antiseptik tətbiq edin və bərk dəsmal ilə silin.

6. Ağcaqanad dişləməsi

Ağcaqanadın dişlədiyi yerə antiseptik gel tətbiq edin. Beləliklə, qaşıntı və iltihab aradan qalxacaq.

7. Kosmetik fırçaların dezinfeksiyası

Fırçalarınızı yuduqdan sonra belə onlar bakteriyalardan tam təmizlənmiş olmur. Onlar tam dezinfeksiya etmək üçün fırçanın diblərinə antiseptik geli tətbiq edin və qurumasını gözləyin.

8. Yağlı ləkələrin aradan qaldırılması

Bəli, antiseptik köynəyinizin üzərinə düşən yağ ləkəsini də təmizləməyə də kömək edəcək. Bunun üçün antiseptiki ləkənin üzərinə tətbiq edin və yaxşıca sürtün. Qurumasını gözləyin. Nəzərə alın ki, bu üsul yalnız ağ rəngli geyimlər üçündür. Antiseptik rəngli geyimin solmasına səbəb ola bilər.