“Azərbaycan Turizm Forumu” ilk dəfə 2016-cı ildə keçirilib. 2016-cı ildən bu günə kimi hər il keçirilir. Forumda ölkənin turizm imkanları, gələcək perspektivlər, müasir texnoloji yenilikləri ölkə turizminin inkşafına tətbiq etmək, qanunvericilik və ondan irəli gələn məsələlər yerli və xarici spikelrərin iştirakı ilə müzakirə edilir.

Turizm forumu bütün turizm mütəxəssislərinin və turizmə bir başa və dolayısı ilə bağlı olan biznes adamlarının görüşdüyü Azərbaycanın yegənə turizm forumudur.

Azərbaycan Turizm Forumu Tourismlab. MMC-nin təşkilatçılığı ilə keçirilir.  Qeyd edək ki, Tourismlab. MMC, həmçinin, “Tourism Students Meetup”ın da təşkilatçısıdır.

Bu il Azərbaycan Turizm Forumu Qəbələ şəhərində keçiriləcək. Məqsəd, forumun yuxarıda qeyd edilmiş məqsədlərini bölgə turizminin üzərində fokuslamaqdır. Həmçinin bölgənin turizm mütəxəsislərinə də forum vasitəsilə yerli və xarici mütəxəsislərlə görüş imkanının yaradılması əsas məqsədlərimizdən biridir.

Azərbaycan Turizm Forumu haqqında daha ətraflı məlumatı Facebook səhifəsisaytdan əldə edə bilərsiniz.

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂