http://imageshack.com/a/img673/4150/w3o6i9.jpg

Xoş bayram günlərinin birində Bildirchin Group üzvləri Azərbaycanda “Ebru sənəti “ ilə məşğul olan insanların qonağı oldu. Səfərimiz gözlədiyimizdən əlvan və isti keçdi. İncə sənətin incə təmsilçiləri bizi olduqca mehriban və qonaqpərvər qarşıladı, 3 saatını bizə ayıraraq “Ebru sənəti”-ni yaxından tanıtdı.


http://imageshack.com/a/img537/6699/gchZ9e.jpg

İlk öncə, Ebru sənətinin yaranması haqqında danışaq. Bizim dövrümüzə çatan ən qədim Ebru rəsmi 11-ci əsrə aiddir, lakin həmin rəsmi qiymətləndirən mütəxəssislər rəsmi təkmilləşmiş rəsm kimi dəyərləndirmişlər. Bu isə Ebru sənətinin 11-ci əsrdə yox, çox-çox əvvəl yarandığına düşünməyə əsas verir.


http://imageshack.com/a/img673/5630/nx8yh6.jpg

Müasir dövrümüzdə Ebru sənətinin vətəni kimi Türkiyə qəbul olunmuşdur. Beləki, Ebru Türkiyədə geniş yayılmış və inkişaf etmişdir. Bir neçə mülahizələrə görə isə Ebru Hindistanda yaranıb daha sonra İranda tətbiq edilib oradan da Osmanlılara keçib. Ebrunun dəqiq olaraq harada yarandığını demək çətindir və bunu təsdiqləyən dəqiq məlumat yoxdur, lakin hər kəsə məlumdur ki, Ebru şərqin ixtirasıdır.


http://imageshack.com/a/img661/7456/1E1Hv1.jpg

Ebrunun naməlum vətəni kimi adının etimologiyası da mübahisəlidir. “Ebru” adlandırılmasının bir neçə etimoloji versiyası mövcuddur. Birinci: Ebru ərəb mənşəli “ab-ru” sözündən yaranıb, hansı ki, onun mənası “cild üçün nəzərdə tutulmuş su”, “üz suyu” –dur. İkinci versiya: çağatay türklərinin “ebre” sözündən götürülmüş və mənası dalğavari deməkdir. Üçüncü versiya: fars sözü olan “ebri”-dən götürülmüş və mənası  bulud deməkdir.


http://imageshack.com/a/img540/8728/OkYA4i.jpg

Ebru sənətində yalnız təbii materiallardan istifadə edilir. Fırçalar at tükündən hazırlanmış fırçalardır. Bu fırçaları digər fırçalardan fərqləndirən əsas cəhət onların yüksək codluğudur. Belə olan halda boyalar fırçaların üzərindən sürüşüb axmır.


http://imageshack.com/a/img661/374/QDsV5O.jpg

Ebru suyuna xüsusi məhlul əlavə edilir. Bu məhlul suyu qatılaşdırır və boyaların yayılmasına, qarışmasına imkan vermir. Həmin məhlulun tərkibi üyüdülmüş nar tumları və dəniz yosunlarının qarışığından ibarətdir. 


http://imageshack.com/a/img673/7591/QUtAcZ.jpg

Ebru rəsmlərində müxtəlif təsvirlər, çiçəklər və s. yaratmaq üçün isə mal-qaranın ödündən hazırlanmış məhlul istifadə edilir.


http://imageshack.com/a/img909/9387/yP9TSl.jpg

Ebru sənətinin dünyada ən məşhur ustası və sənətkarı əslən Türkiyədən olan Hikmet Barutçugil hesab olunur. Hikmet Barutçugil 40 ildir ki Ebru sənəti ilə məşğul olur. Hikmet Barutçugil Türkiyənin məşhur pop müğənnisi Tarkanın “Karma” adlı albomunun üz qabığını Ebru çalarları ilə bəzəmişdir. Bildirchin Group-u rəngarəng Ebru studiyasına dəvət edən rəssam – Vüsal bəy də Hikmet Barutçugilin tələbəsi olmuşdur.


http://imageshack.com/a/img911/7174/Uz9Hi8.jpg

“Evdə” (Onlarda studiyanı ev adlandırır) olduğumuz müddətdə əməkdaşlarımıza bu sənətdən yaxından zövq almaq imkanı yaradıldı.


http://imageshack.com/a/img912/919/9C80gU.jpg

Rəssam Vüsal bəy bizim üçün 20-dən çox Ebru rəsmi çəkib hədiyyə etdi.


http://imageshack.com/a/img661/7497/c2tBir.jpg

“Ebruçu” Bildirchin-i Ebru prosesinə hazırlayarkən Smile


http://imageshack.com/a/img537/7530/7Knu4N.jpg

Müsahibə zamanı bizə məlum oldu ki, Ebru ilə məşğul olmaq üçün xüsusi istedad və ya rəssamlıq təhsili o qədər də vacib deyil, çünki Ebru bir zövq məşğuliyyətidir, istirahətdir…Ruhun, mənəviyyatın istirahətidir…Fantaziyaların partlayışıdır.


http://imageshack.com/a/img540/5608/ntVFCB.jpg

Sonda bütün kollektiv olaraq birgə keçirdiyimiz  xoş anları şəkil çəkdirməklə əbədiləşdirdik. “Ebruçulara” bizi dəvət etdiklərinə görə təşəkkür edirik və gələcək fəaliyyətlərində uğur və irəliləyişlər arzu edirik! Oxucularımıza isə bir zövqlü məşğuliyyət kimi Ebru-nu seçməyi tövsiyyə edirik.Smile