20 Yanvar Azərbaycan xalqına qarşı törədilən ən ağır cinayətlərdən biridir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş vəhşiliklər ağlasığmazdır. Şəhərin küçələrini yüzlərlə günahsız adamın, o cümlədən uşaqların, qadınların, qocaların al qanına boyayan sovet ordusu 133 nəfər günahsız insanı qətl etmiş, 744 nəfəri yaralamış və 841 nəfəri qanunsuz yerə həbs etmişdir.

Bu qanlı ha­di­sənin törədilməsində əsas məqsədlər­dən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliy­yət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi.

Bu gün 20 Yanvar hadisələrinin 26-ci ildönümünü qeyd edir, igid övladlarımızın fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edirik…