Bizim gözümüzə böyük görünən problemlər əslində baş aça bilmədiyimiz problemlərdir və bu problemlərin həlli yolunda bəzi insanlara həm maddi, əksəriyyətən mənəvi ziyan vururuq. Vurulan maddi ziyan ödənilə bilər. Bəs mənəvi ziyan necə ödənilməlidir?

Bəli, daha önəmlisi olan insanların bir-birindən bəzi şeyləri diləməsidir. Bu, həmçinin dini ədəbiyyata da daxildir. Müsəlmanların Məhəmməd peyğəmbərdən, Xristianların İsa Məsihdən, Yahudilərin Elohimdən və gələcək olan Messiahdan bağışlanma diləmələri nə qədər vacibdirsə, insanların bir-birilərinin mənəvi ziyanını ödəmək üçün bağışlanma diləməsi də o qədər vacibdir.

İnsanların mənəvi ziyanlarını ödəmək dedikdə bir az sərt çıxa bilər. Fəqət bir insan ilə tanrının və müqəddəsin arasında olan saf hisslər qədər hansı hisslər ola bilər. Bu insan o qədər safdır ki, yoxluğa, boşluğa, inandığı bir yönə doğru səhvlərini ünvanlayır və o bağışlanma istəyir. Bu dualardan sonra o rahatlamağa başlayır və sanki üstündən min ton yükü götürdülər.


Bağışlama və bağışlanma anlayışları dini ədəbiyyatda olduğu qədər psixologiya elmində də əhəmiyyət qazanmışdır. Günahkarlıq hiss edən adamın günahkar olduğuna görə Tanrıdan ya da dəyər verdiyi bir adamdan əfv tələb etməsi, dini bir dəyər olmasının yanında, psixoloji bir hadisə kimi da müasir psixologiyanın araşdırma sahəsinə girmişdir. Beləki artıq psixologiyada da bağışlanma terapiyasından istifadə olunur. Evli cütlüklər hər hansı bir problem yaşandığına görə bir-birlərin üzr istəyirlər. Bir-birlərinə “məni bağışla” deyirlər. Bu bir növ mənəvi rahatlıqdır. Bununla insanlar üstlərinə düşən öhdəlikləri uğurla yerinə yetirmiş, həm də ağır yükdən qurtulmuş olurlar.

Bu onların özlərinə etdiyi yaxşılıq idi. Bəs qarşı tərəf? Həmin insan sevinir. Qəlbində yaratdığı boşluğu bu gülərüz və peşman bağışlanma ilə doldurur. Əgər siz ona qarşı bir səhv etmisinizsə, o sizin bunu anlamağınıza ürəkdən sevinir.

Gerçək bir bağışlama, layiq olmadığı bir ağrıya məruz qalmaqdan ötəri acı çəkən birinin günahkarı cəzalandırma haqqı ya da intiqam haqqından imtina edərək, intiqam, hirs kimi duyğular yerinə günahkara mərhəmət etməsidir. Necə gözəl bir hiss.

Bəli! Bağışlanma ilə insan öz həyatını xilas edir. Özünü, başqasının üstündə göstərdiyi günahkarlığı bu yüngül və təmiz olan iş ilə yuyub apararaq rahatlaşdırır həmin həqiqətdə günahkar olub amma bunu sonradan dərk edən şəxs.


Bağışlanma nədir?! Bağışlanma həm də bir növ ehtiyacdır. Bu anlayış olmasaydı heç də yaxşı olmazdı. Bağışlanma həm də bir növ ehtiyacdır.  Bağışlamamaqla meydana gələcək olan hirs kimi dağıdıcı düşüncələrin verəcəyi zərərdən adamı qorumaq üçün bağışlama bir növ ehtiyacdır.

Hinduzim və Buddizmdə də bağışlanma və kimisə bağışlamaq ruhi təmizlənmədir. Karma qanunlarında pislik edən və günahkar şəxs təkrarən doğulur və yenidən dünyaya gəlir. Bu həmin insana bağışlanma diləmək üçün verilən şansdır.

Yəhudi inancında isə günah iş edən birinin bağışlanmasının tanrı tərəfindən olması vacib deyildir. Bağışlanma yəni, Tashuvah üçün bir insanın etdiyi əməlin günah bir əməl olduğunu anlaması lazımdır və bu önəmlidir.

Bir adamın peşman olduğunu göstərməsi üçün, günahı tərk etməsi və əgər başqasına zərər verdisə lütf  etməsi bağışlama düşüncəsi içində lazımlı görünən dəyərlərdən biridir. Yəhudilikdə səhv edən adamı bağışlamamaq ya da üzr istədiyində bağışlamağı düşünməsi, bağışlanma tələb edilən adamın özündən aslıdır. Bir adam Tanrıya qarşı səhv etmişsə Tanrıdan, adama qarşı səhv etmişsə adamdan üzr istəməlidir. Tanrıya qarşı edilən günahlar üçün Yom Kippur (Yəhudilikdə Yəhudi Təqviminin ilk ayı olan Tişri ayının 10-cu Günü təxminən 26 saat boyunca tutulan böyük oruc. Yəhudiliyə görə bir insanın taleyi bir il əvvəlki hal və hərəkətlərinə görə yazılar. Bir il boyunca yaxşı və xeyirli işlər işləyən kəslərin taleyi bir il sonra üçün yaxşı yazılar) günündə yəhudilər Tanrıdan bağışlanma diləyərlər.

İslamda  bağışlama və bağışlanma üçün tövbə lazımdır. Quranda Allah tövbə edənlərin tövbəsini qəbul edəcəyini buyurmuşdur. İnsanlar günahları Allaha qarşı və insanlara qarşı işlədiklərindən ötəri iki şəkildə tövbə tələb edir. Allaha qarşı işlənən günahlarda Allahdan, adama qarşı edilən səhvlərdə isə həm Allahdan həm özünə qarşı səhv edilən adamdan bağışlanma dilənməsi zəruridir. Allah haqqı ilə əlaqədar günahlardan tövbə etmənin üç şərti vardır:

1- Adamın işlədiyi günahdan ötəri peşmanlıq hiss etməsi

2 -Tövbə edilən günahı qətiliklə tərk etmə lazımlılığı

3- Tövbə edilən günaha qətiliklə dönməmə qərarı.

Xristianlıqda bağışlama və bağışlanma (Forgiveness) Tanrı-adam və kəslər arası əlaqələr olmaq üzrə iki şəkildə qiymətləndirilmişdir. Bunlardan ilki adamın etdiyi səhvlərdən ötəri Tanrıdan üzr istəməsi, ikincisi isə adamın başqaları üzündən məruz qaldığı pislikləri bağışlamasıdır. Xristianlıqda zərər çəkmiş adam özündən üzr istənildiyi təqdirdə bağışlamağa hazır olmalıdır. Bir Xristianın, din qardaşına qarşı bağışlayıcı olması mövzusunda sərhəd yoxdur. Günahkar eyni günahı eyni adama qarşı dəfələrlə təkrarlamış olsa belə səhvindən ötəri üzr istədiyində bağışlanılmalıdır. Buradan da aydın olacağı üzrə Xristianın günahkarı bağışlaması fərdi bir davranışdan çox dini bir vəzifədir. Günahkarı bağışlamaq mənəvi məsuliyyət olaraq lazımlıdır, bu şəkildə davranmaq Tanrının bağışlamasına çatmaq üçün zəruridir. Xristianlıqda Tanrıya qarşı işlənən günahdan ötəri peşmanlıq hiss edilməsi, günah çıxarılması lazımdır. Bir çox Xristian ilahiyyatçısına görə, Tanrı, dinə küfr etmənin xaricində bütün günahları bağışlayacağını təəhhüd etməkdədir. Tanrının bağışlama vəd etmədiyi tək günah, ‘‘müqəddəs ruha” söyməkdir.


Beləliklə bağışlanma həyatımız əsas bir hissədir.

Bağışlanma həm də altruizmin bir növüdür. Qəlbi qırılmış bir insana həqiqətləri deməklə normal gedən həyatını dağıtmaq. Qəlbin rahat ikən bütün yükü öz üzərinə götürüb onu yükdən xilas edirsən.

Ümumiyyətlə, bağışlanma halı, “məni bağışla”, “səni bağışlayıram” sözləri ən ilahi kəlmələrdir. Bir başa insanların qəlbini xilas edən, onlara kömək edən bir söz ən müqəddəs sözdür.

Bir insanın da digər bir insanı qəlbindəki yara ilə sona qədər dinləyib, özünü onun yerinə qoyub, onu başa düşməsi böyüklükdür. Bu müdrüklüyün nəticəsidir.

Bağışlama anlayışı dini və psixoloji baxımdan əhəmiyyətli görülən bir anlayışdır. Dinlər, bir günah işlədiyində adamın yaradıcısından bağışlanma diləməsini əmr və tövsiyə etməkdədir. Psixologiya elmi isə bir tərəfdən bu müddəti araşdırmaqda, digər tərəfdən bağışlamağa yeni məna və dəyərlər gətirməkdədir. Bağışlama həm günahkar, həm də zərər çəkmiş baxımından əhəmiyyətli bir müddətdir. Bağışlama günahkar üçün keçmiş səhvlərdən təmizlənmək, zərər çəkmiş adam üçün isə özünə acı verən adam və hadisələri bağışlama yolu ilə zehindən çıxarmaq və keçmişdə buraxmaq mənasında əhəmiyyətli görülməkdədir. Başqasını bağışlamaq və içindəki hirsi sərbəst buraxmaq adamın öz tövbəsi içərisində iştirak etməməkdədir, ancaq zərər çəkmiş olan adamın psixologiyasını tövbə anlayışının qorumaqda olduğunu söyləyə bilərəm. Tövbə anlayışında zərər çəkmiş adam haqqını halal etmədiyi müddətcə günahkarın Allah tərəfindən bağışlanmayacağını bilməkdədir. Bu anlayışla zərər çəkmiş adamın özünün dəyərsiz olduğunu və bəlkə də bunu layiq olduğunu düşünməsinin önünə keçilə bilər. Bütün dinlər adamın tövbə edən günahkarı bağışlaması təşviq edilməkdədir. Bu şəkildə həm daxili hüzur həm ictimai dinclik nəzərdə tutulmaqdadır.

Bağışlanma vacib və zəruri bir hadisədir.”

Köşə yazısı Ramin Ağaquliyeva aiddir.

Nə düşündünüz?
Like
Love
Haha
Wow
Sad
Angry