İtaliyanın cənubunda tapılan Basura mağarasına Daş Dövründəki insanların yeni yerlər kəşf etmək məqsədilə gəldikləri kəşf edildi. Mağaraya gələn insanların 5 nəfərlik ailə olduğu, mağaranın dar yerlərindən sürünərək keçdikləri təxmin olunur.

Mağarada araşdırma aparan alimlər indiki dövrdən 14 min il əvvəl yaşamış ailəyə aid izləri aşkar etdilər. Gillə bağlı olan mağarada bəzi izlər görən tədqiqatçılar bu izləri araşdırmaq üçün çalışırdı. Basurada insanların iməklədiklərini və ya süründüklərini bəlli edən 180 fərqli iz tapıldı. 3 uşağı olduğu təxmin edilən ailənin ən kiçik övladı 2 yaşında idi. Ortancıl uşağın 6, böyük uşağın isə 11 yaşı olduğu düşünülür.

Uşaqların kömürlü əl izləri mağara divarlarında yer alır. Kəşflərlə bağlı açıqlama verən tədqiqat heyətinin əsas üzvü Marco Romano ailənin Basura yeni yer kəşf etmək üçün gəldiyini deyib. Bu mağaraya nə qədər insanın gəldiyini, gəliş səbəblərini , hansı yolları istifadə etdiyini öyrənmək istədiyini bildirən Romano bütün bunlara görə insanların hekayələrini yaratmağı bacardıqlarını bildirdi.

Bu kəşflə bağlı yayımlanan videonu aşağıdakı linkdən izləyə bilərsiniz.