Döymə bəzi insanlara görə bir asılılıq halına gəlib. Hətta bəzi insanlar bütün bədənini döymə ilə örtür. Son illər məşhur döymə stilləri arasında bədənin müxtəlif yerləri də var. Statistikaya görə insanların 43%-i sevdiyi üçün, 37%-i isə stil olduğu üçün döymə etdirir. Biz də peşman olacağınız qərarlar verməməyiniz üçün bədəninizdə heç vaxt döymə etdirməməli olduğunuz bölgələri araşdırdıq.

1. Dirsək

Mütəxəssislər dirsəklərinizə döymə etdirməyinizi məsləhət görmür. Çünki dirsəklər həmişə hərəkət etdiyi üçün çox təmas halında olurlar. Bu hissəyə döymə etdirmək üçün əlavə mürəkkəb də lazımdır. Eyni zamanda da döymənin silinməməsi üçün dirsəyinizi tez-tez nəmləndirməlisiniz.

2. Qoltuq altı

Qoltuq altı ən ağrı verən bölgələrdən biridir. Bununla yanaşı, sağalma müddəti də uzun çəkir və qalıcı olmur.

3. Dizlərin arxası

Dizlərinizin arxasındakı hissə də olduqca həssasdır. Bu bölgədə bir çox sinir ucları var. Bu da sizin döymə edilən əsnada çoxlu ağrı hiss etməyinizə səbəb olacaq. Həm də hərəkətli bölgə olduğu üçün sağalması da uzun çəkəcək.

4. Əl və barmaqlar

Əl və barmaqlar döymələr üçün olduqca populyar bölgələrdir. Çox da qəşəng göründüyünü deməsək olmaz, amma burda döymələr elə də əlverişli deyil. Bu hissələr açıq, yəni günəş görən olduğu üçün rəngləri tez gedir. Ona görə də bu bölgədəki döymələr əlverişli sayılmır.

5. Sinə və qabırğa qəfəsi

Xüsusilə son illərdə sinənin yan tərəflərinə və qabırğa qəfəsi üzərinə edilə döymələr populyardır. Bu döymələr həqiqətən möhtəşəm görünür, amma ağrı hissi olduqca çoxdur. Xüsusi qadınlarda sağalması daha çətindir.

6. Üz

Üz bildiyimiz kimi həssas bir bölgədir. Burdakı dərinin incəliyi və həssas sinir ucları ilə yanaşı, üzdəki döymələrin 2-3 il qaldığı deyilir. Eyni zamanda üzünüzə döymə elətdirsəniz, hər zaman günəş kremi istifadə etməli olacaqsınız.

7. Ayaq biləyinin ön və arxa hissələri

Ayaq biləyinin ön və arxa hissələri də həssasdır. Digər tərəfdən bu hissələrə ayaqqabı dəydiyi üçün, həm gec sağalır, həm də rəngi tez gedir.


Yuxarıdakı tabloda qadınlar və kişilər üçün döymə üçün həssas bölgələr göstərilib. Qırmızı hissələr ən çox ağrı verən, narıncı və sarı daha az, mavi isə ağrının ən az hiss edildiyi hissələrdir.