İdman etməyin sağlamlığa faydalı olduğunu hamımız bilirik. Məsələ idman olduğu zaman buradakı əsas nöqtə istiqrarlı olmaq və hər gün nizamlı olaraq idman etməkdir. Bu səbəblə evdə edilən idman istiqrarı qorumaq üçün bir çox insan üçün daha əlverişlidir. Evinizdə televiziya qarşısında belə rahatlıqla edə biləcəyiniz bir çox hərəkət var. Rahatlıqla tətbiq edə biləcəyiniz və kalori yandırmağa kömək edən 7 idman hərəkətini sizlər üçün seçdik.

1. Palm down
Bu idman xüsusilə qol hissəsindəki yağların yandırılmasında təsirlidir.

– Ayaqüstə durun və ayaqlarını çiyin genişliyində açın
– Kollarınızı iki yana doğru qaldırın və dirsəklərdən bükülü bir şəkildə ön qollarınız yuxarı baxan formada dayanın
– Ön qollarınızı üst qollarınızla eyni hündürlükdə tutun. Qollarınız gərgin olmalıdır. Çiyinlərinizi hərəkət etdirməyin.
– Ardınca isə ön qollarınızı aşağı doğru hərəkət etdirin və çiyinlərinizi sıxın.
– Əllərinizi qaldırmağa və endirməyə başlayın.
– Rahat formada nəfəs almağa davam edin. Bu hərəkəti 45 saniyə ilə bir dəqiqə arası təkrarlayın.

2. Chest Fly variation
Təsirini tam görmək üçün bu hərəkəti əvvəlki hərəkətdən sonra edin.

– Düz dayanın, ayaqlar çiyin genişliyində.
– Qollarınızı yanlara doğru qaldırın və dirsəklərinizi 90 dərəcəlik bucaqla bükün.
– Ön qollarınızı önünüzdə birləşdirin və qollarınızı əvvəlki halına geri gətirin.
– Qollarınız gərgin olmalıdır. Bu hərəkəti 45 saniyə ilə bir dəqiqə arası təkrarlayın.

3. High knees
Bu hərəkət ayaqlarınızdakı bütün əzələləri gücləndirən, ürək döyüntünüzün sürətini artıran, moment və koordinasiyanı inkişaf etdirən kardiovaskular bir hərəkətdir.

– Ayaqlarınızı omba genişliyində ayırın.
– Əlləriniz önünüzdə olmalıdır, dirsəklər qıvrılmış, ovucun içi aşağıya dönmüş formada.
– Sinənizi yuxarıda tutun.
– Sol və sağ dizlərinizi sinənizə qədər qaldıraraq sürətli, amma nizamlı şəkildə yerinizdə qaçırmış kimi hərəkət etməyə başlayın.
– İstədiyiniz qədər bunu edə bilərsiniz, amma ürək döyüntülərinizi sürətləndirəcəyi üçün diqqətli olun.

4. Chair squat
Bir stul köməyi ilə edə biləcəyiniz bir hərəkətdir. Omba və ayaq əzələlərinizi gücləndirməyə kömək olur.

– Arxanıza stul yerləşdirin.
– Düz dayanın. Ayaqlarınız çiyin genişliyində açıq olmalıdır və ayaq barmaqlarınız önə baxmalıdır. Kürəyiniz düz olmalıdır.
– Dizlərinizi bükərək ombanızı geriyə doğru itələyin və yavaşca çömbəlin. Omba əzələlərinizi sıxın.
– Stula ombanızla toxunun və ardınca başlanğıc pozisiyaya qayıdın.
– Təzə başlayalnlar üçün 8 və 10 təkrardan ibarət bir set sınaya bilər. Daha sonra 10 və 12 təkrardan ibarət 3 set sınaya bilərsiniz.

5. Standing oblique twist
Bu hərəkət bütün bədəninizi çalışdıracaq.

– Ayaqlarınzı omba genişliyindən daha geniş olmaqla açaraq düz dayanın.
– Dizlərinizi bir az bükün. Əlləriniz, ovuc içləriniz aşağıa baxacaq formada yanlarda dayanmalıdır.
– Bədəninizi sağ tərəfə doğru belinizdən bükün, amma qollarınızı bükməyin.
– Əzələlərinizdə gərginlik hiss edənə qədər həm sağ və həm də sol tərəf üçün hərəkəti təkrarlayın.

6. Seated body lift.
Bu hərəkət isə qarın əzələlərinizi, qollarınızı və biləklərinizi gücləndirir. Evdə rahat şəkildə edə biləcəyiniz bu hərəkət üçün sadəcə stula ehtiyacınız var.

– Stulun kənarına oturun, dizləriniz bükülü və ayaqlarınız isə yerdə olmalıdır.
– Ardınca stulun kənarlarından tutun. Dirsəkləriniz bir az bükülü olsun, yuxarı itələyin və ardınca başlanğıc pozisiyaya qayıdın.
– 30 saniyə olmaqla bir hərəkəti 3 dəfə təkrarlayın.

7. Booty burn
Bu hərəkət ombanız üçün mükəmməl bir idmandır. Bununla birlikdə bu hərəkət tarazlığı və konsentrasiyanı da inkişag etdirəcək.

– Əlləriniz önünüzdə olan formada düz dayanın və ovuclarınızı birləşdirin.
– Sağ ayağınızı qaldırın və dizdən bükün. Tarazlığınızı qoruyun.
– Sağ ayağınızı solunuzun arxasına doğru hərəkət etdirməyə başlayın və yüngülcə çömbəlin.
– Hər ayaq üçün bu idmanı 10 dəfə edin.