Sevilən meyvələrdən biri olan kivi yüksək miqdarda C vitamininə malikdir. Antioksidantlarla da olduqca zəngin olan bu meyvə, xərçəng kimi xəstəliklərin qarşısını alımağa və dərini gənc göstərməyə kömək edir. Kivinin bəzi faydaları isə aşağıdakı kimidir.

Astma müalicəsi
Kivinin tərkibindəki yüksək miqdarda C vitamini və antioksidantların astma simptomlarını azaltdığı bilinir. Ağciyər funksiyalarını artırır və uşaqlardakı xırıltının qarşısını alır.

C vitamini sayəsində xərçənglə mübarizə aparır.
Kivinin tərkibindəki C vitamini güclü antioksidant misyası yerinə yetirir. İltihablanmağa və ya xərçəngə səbəb ola biləcək sərbəst radikalları yox edir. Eyni zamanda bədəni zərərli patogenlərə qarşı immuniteti artırmağa kömək edir.

Kivi yeməyin faydaları
Hamilə qadınlar üçün faydalıdır
Kivi hamilə qadınlar üçün faydalı olduğu deyilən folat qaynağıdır. Folat, dölün inkişaf etməsinə kömək olur və sağlam olmağını təmin edir. Böyüməkdə olan uşaqlar üçün də olduqca faydalı meyvədir.

Sağlam və gözəl dəri
Kivi təbii qələvidir, bu da tez-tez qəbul etdiyimiz turşulu qidaların təsirlərinin qarşısını almağa kömək edir. Sağlam bir bədən, sizi aktiv, enerji dolu və gənc bir dəriyə sahib olmağınız deməkdir. Dərinin sağlam olması üçün onun pH səviyyəsinin tarazlığını qorumaq lazımdır.

Həzmə kömək edir
Kividə həzmə kömək edən bol miqdarla lif var. Eyni zamanda proteini parçalamağa kömək edən maddələr var.