Kim dedi ki, sızanaqları öz hallarına buraxıb sizi məyus etməyinə icazə vermək lazımdır. Axı onları cəmi bir gecəyə aradan qaldırmaq mümkündür. Sizə kömək edəcək:

  • Limon şirəsi

Limon dilimini sızanağın üstündə 5–15 saniyə saxlayın və sızanağı üzərinə limon şirəsi sıxılmış pambıq diski ilə silin. Limon şirəsi bakteriyaları məhv edəcək və dərinin dartılmasını təmin edir.

  • Aspirin

Aspirin baş ağrısına qarşı vasitə deyil. O, həm də məsamələri təmizləyir. Maska hazırlamaq üçün 1-2 dərmanı su ilə qarışdırın. Gecə yatarkən kütləni sızanağın üzərinə çəkin.

  • Yaşıl çay

Çay içdikdən sonra paketi atmağa tələsməyin. Onu sıxmadan sızanağın üzərinə yerləşdirin. Yaşıl çayın yarpaqlarında olan antioksidantlar sakitləşdirici təsir göstərəcək. 

  • Yumurta maskası

Yumurtanın ağını sarısından ayırın və yaxşıca çalın. Gecə yatarkən sızanağın üzərinə tətbiq edin. Səhər ilıq su ilə yuyun.

  • Çay ağacı yağı

Çay ağacı yağı bakteriyaları öldürür və iltihabı aradan qaldırır. Gecə yatarkən sızanağın üzərinə tətbiq edin. Səhər ilıq su ilə yuyun. Bu yağı kreminizə də əlavə edə bilərsiniz. 

Bəs siz hansı üsuldan istifadə edirsiniz?