Tamamilə. Hər zaman və gözümüzün önündə. Qaça bilmədiyimiz, mənəviyyatımızı doyuzduran və bizdən asılı olmayan. Şeir kimi gedən həyatımızdakı qafiyəsiz o misra kimi. O gün əslində pis deyil.

Məhz bu gün özünüzlə sorğu-sual edərsiniz. Mən ciddi bir insan deyiləm və hər hansı uğur sahibi də deyiləm. Şit məşhurluğu ilə TEDx-a dəvət olunan biri kimi hansısa lüzumsuz bir hadisənin insan həyatında böyük dəyişikliklər yaratmasından da danışmaq istəmirəm. Ən azından Şeyma Subaşının ən böyük uğurunun sadəcə ərə getmək olmasından xəbərsiz olub öz uğurlarından ağız dolusu danışmasını özüm ilə müqayisə edə bilərəm. Və buna görə də hər zaman insanlar tərəfindən lağa qoyulmamaq üçün özümə qalın sərhədlər qurmuşam. Bu sərhədlər məni hər zaman hər şeydən təcrid edir. Mən isə hələ də onlardan imtina etmək istəmirəm. Bu sərhədlər mənə xoşbəxtlik adlandırdığım şeyləri gətirmir.

Və bu minvalla ən böyük problemin bu olması qənaətinə gəlirəm. Özüm-özümə xoşbəxtlik qazandırmaq istəmirəm, çünki mənim xoşbəxtlik qazanmaq yolunda mənəviyyatım yoxsullaşırsa və mən ondan artıq imtina edir, yaxud itirirəmsə bu xoşbəxtlik mənə xoşbəxtlik gətirməyəcək. Tezliklə xoşbəxtlik standartlarım belə dəyişəcək. Nə qədər xoşbəxt olursansa ol, əgər bu xoşbəxtliyi sənə mənəviyyatın tədarük etmirsə sən heç vaxt xoşbəxt olmayacaqsan. Mənim mənəviyyatım bu vaxta qədər məni heç vaxt xoşbəxt etməyib, amma mənəviyyatının doyuzdurucu olması və istədiyinlə üst-üstə düşməsi ən böyük xoşbəxtlikdir. Açıqcası, məsələ belədir, sən daim hiss edilməyən xoşbəxtliyə büründükcə ayrı bir xoşbəxtliyə ehtiyac duymursan və daim bu xoşbəxtliyə büründüyün və bunu sıradan bir gün kimi hiss etdiyin üçün xoşbəxt olduğunu sanmırsan. Gözəl xoşbəxtliklərdən biri budur. Buna görə də özümə xoşbəxt olmaq üçün hədəflər qurmuram, çünki bu həyatın özü, buradakı hədəflərimə gedilən yol mənim xoşbəxtliyimdir, çünki mənim mənəviyyatım bunu dəstəkləyir.

Xoşbəxt ola biləcəyinin fərqində olmayan insanlar isə öz mənəviyyatlarını korlayır. Öz xoşbəxt olma hədəflərində xoşbəxt olmağa çalışırlar. Amma anlamalıdılar ki, xoşbəxt olmaq içdən gerçəkləşən bir hadisədir. Nə qədər hədəf qurursan qur, sənin mənəviyyatın bu hədəfləri dəstəkləmirsə və tək seçim kimi öz mənəviyyatını dəyişməyə çalışırsansa, inan ki, dəyişən elə sadəcə sənin mənəviyyatın olacaq. Bu mənəviyyat sənin həyatını dəyişəcək. Mənəviyyatı dəyişmək, ona xarici yaşam üçün təzyiq göstərmək sənin bütün həyatını dəyişə bilər. Hansı yönə dəyişirsənsə dəyiş. Mənəviyyat sənsən. Sən elə sən olmalısan.

Mənəviyyatı vicdanla bir tuturam. İkisi də sizi siz edən amildir. Bu dünya yalnız insanın bu iki xüsusiyyəti sayəsində gözəlləşə bilər. Mənəviyyat gözəlliklər yaradarkən, vicdan bu gözəllikdə ədalət yarada bilər. Hər şey öz əlimizdədir. Biz, özümüz-özümüzü qorumaq gücünə sahibik. Bunu bacara bilərik. Əgər hər kəs vicdanlı olsaydı, mənəviyyatlı olsaydı, yaxud öz mənəviyyatını qoruyub vicdanını satmasaydı bizim ideal bir yaşamımız var idi. Gəlin vicdanlı, mənəviyyatlı və birlikdə xoşbəxt olaq.

Mənim xoşbəxtliyim sevdiyim insanları və əşyaları görmək, sevdiyim musiqiləri dinləmək və sevdiyi işi görərək müqabilində doymaqdır.

Bəs sənin xoşbəxtliyin nədir?

 

Müəllif: Ramin BeDRİo

Nə düşündünüz?
Like
Love
Haha
Wow
Sad
Angry