Böyük rəsm insanın həyatının məna qaynağıdır. Böyük rəsmdə olmayan hadisələr, əlaqələr, insanlar, kitablar o adam üçün mənasızdır. Mənasız olanda da o hadisənin, əlaqənin adamın həyatında bir təsiri olmaz.

Şagirdlər məktəbə gedir. Niyə? Düşünürəm ki bu sualın cavabını bildiyimizi sanırıq, amma həqiqətən bilirikmi?

Uşaqlarımızı niyə məktəbə göndəririk?

Bu sualın üzərində düşünmüş cəmiyyətlər var və hələ düşünməmiş cəmiyyətlər var.

Siz nə üçün uşağınızı məktəbə göndərirsiniz?  Çünki hər kəs uşağını məktəbə göndərir; qanunlar məcbur edir, başqa nə edəcəyik uşağı, evdə mi qalsın,  bu kimi səbəblərlə göndərməyə davam edəbilərsiniz.

Bu mövzu üzərində düşünmüş olanlar iki fərqli səbəbdən uşaqlarına təhsil vermək istəyə bilərlər.

A-    Təhsillə pul qazanacaq vəziyyətə gələrlər, peşə əldə edərlər, mövqe əldə edərlər, müstəqilliklərini qazanarlar.

B-     Təhsillə inkişaf, olabiləcəklərinin ən yaxşısı olarlar. Ola biləcəyinin ən yaxşısı olaraq inkişaf etmiş insanlar istəkləri üzərinə yaşayacaq gücü və imkanları qurarlar. Azad olarlar.

Bu sualın cavabını güman ki böyüklər (A) və ya (B) tərzində bilir, yaxşı, məktəbə gedən uşaqlar bilir mi?

“Uşaqlar bilməsə də olar, böyüklər bilsin kifayətdir,” deyən cəmiyyətlər olduğu kimi, “Böyüklərin bilməsi bəs deyil, məktəbə gedən uşaqların da bilməsi lazımdır”, deyən cəmiyyətlər də ola bilər.

Məktəbə gedən uşaq biologiya, riyaziyyat, ədəbiyyat, kimya, coğrafiya, fizika, tarix, həndəsə kimi fərqli sahələrdə dərslər görür. Daha doğrusu almaq məcburiyyətində qalır. Dərs ili ərzində hər sahədə fərqli mövzular işlənir. İşlənən mövzuların şagirdin böyük rəsmi ilə əlaqəsi üzərində durulur mu?

Cəmiyyət öz böyük rəsmini kəşf etmədən təhsil öz böyük rəsmini kəşf edəbilməz.

Cəmiyyət böyük rəsmini kəşf etdimi?

Məktəb böyük rəsmini kəşf etdimi?

Müəllim böyük rəsmini kəşf etdimi?

Ailə böyük rəsmini kəşf etdimi?

Və şagird böyük rəsmini kəşf etdimi?

Mənə görə (A) düşüncəsində olan cəmiyyət, ailə, məktəb, müəllim öz böyük rəsmini kəşf edəbilməmişdir.

Standart testlərə, qeydlərə və əldə edilən nəticəyə görə müvəffəqiyyətli görülüb mükafatlara bel bağlamış təhsil sistemində tələbələr nəyi, niyə etdiklərinin fərqində deyillər. İmtahan müvəffəqiyyətinin öz başına heç bir mənası yoxdur. Tələbə, həyatının bütünü içində özünün anlaması əhəmiyyətli deyildir, özünə mənasız da gəlsə çalışıb, əzbərləyib imtahanda əldə etdiyi nəticəyə görə özünə dəyər verildiyi bir sistemin içindədir. Mənasız, darıxdırıcı, bomboş bir həyatın içindədir; geyindiyi marka paltarlarla, ayaqqabılarla, yoldaşları arasında etdiyi dediqodularla, komandasını dəstəkləmək və digərlərini yuhalamaqla həyatını mənalı qılmağa çalışmaqdadır.Lotular aləmi, kriminal qruplar və şiddət həyatın boşluğunu dolduran fəaliyyətlər və münasibətlər olur.

Tələbə hansı sahədə təhsil görürsə görsün, bu sualların cavabını verə bilməsi onun üçün əhəmiyyətlidir:

1 – İndi, bu dərsdə öyrəndiyimi niyə öyrənirəm?

2 – Mənim həyatımdan, içində yaşadığım cəmiyyətdə və dünyada, bunun mənası nədir?

3 – Öyrənmək  istədiklərim mövzularda müşahidə etmə imkanlarım varmı?

4 – Öyrəndiyim şeyləri öz həyatımda, ailəmdə, ətrafımda tətbiq etmə imkanı tapa bilərəmmi?

Böyük rəsm tək bir cümlədir. Bu cümlə xülasə bir cümlədir və bu cümlənin altında bir sıra başqa əhəmiyyətli alt cümlələr vardır. Ölüm anlayışı insanı öz cümləsini yəni böyük rəsmini düşünməyə dəvət edir. Nəfəs alırıqsa hələ də gec deyil.

Nə düşündünüz?
Like
Love
Haha
Wow
Sad
Angry