Bu fotoşəkillər kişiləri bir qədər məyus edəcək, qadınları isə sevindirəcək. 😉
Yves Saint Laurent — Cara Delevingne

Gözəllik 10 olanda, 9-u makiyajdır artıq. Ancaq Cara bəzənməsə də şirindir.
Dior — Bella Hadid

Bacısı Gigi Hadid-dən sonra məşhurlaşan Bella Dior markasının simasıdır. Sanki makiyajsız daha xoş görünür.
L’Oréal — Barbara Palvin

Bu xanım L’Oréal-ın ən gözəl reklam üzlərindən biridir. Fikrimcə, makiyajlı da gözəldir, makiyajsız da.
Max Factor — Candice Swanepoel

Victoria’s Secret-in ən gözəl mələklərindən biri. Təbii halı ilə də olduqca xoş görünür.
Revlon — Martha Hunt

Şəkillərdə fərqli insanmış kimi görünsələr də, Marthanın sadə halı da qəşəngdir. Qırmızı dodaq boyasının yaraşdığı qadınlardandır.
Urban Decay — Ruby Rose

Bu xanımın çox orijinal üz quruluşu var. Bir az sərt cizgiləri makiyajla tam sərtləşdiriblər sanki. Hər iki şəkildə sevimlidir, amma təbəssüm daha çox yaraşır.
Dior — Sasha Luss

Makiyajsız olarkən daha yaxşı görünür. Gözəl gülüşü, uşaq siması var.
Gucci — Charlotte Casiraghi

“Wow” reaksiyası alan müqayisə. Charlotte makiyajsız şirin görünə bilər, amma makiyajlı halı ilə arada çox fərq var.
Chanel — Diane Kruger

Yaşı digərlərindən çox olduğu üçün o qədər də müzakirə etmək olmur. Yaşına görə olduqca yaxşı görünür.
Maybelline — Merve Boluğur

Bir zamanlar Maybelline markasının reklam siması olan Merve Boluğur sonra öz markasını yaratmışdır. Ona özəl “Merve Qırmızısı” dodaq boyası belə var.












