Canlı əfsanə – Stephen Hawking haqqında (2)

0
113

Dünya şöhrətli astrofizik Stephen Hawking haqqında növbəti məqaləni təqdim edirik. 🙂

Stephen Hawking-in gördüyü işlər, nəzəiyyələr dünya səviyyəsində qiymətləndirilmişdir. Fizikadakı uzun karyerası ərzində Hawking inanılmaz təsiredici mükafatlar və nişanlar seriyası qazanmışdır. Kral Dərnəyi üzvlüyünə qəbul edilmiş, “Elm Qızıl Medalı” ilə təltif olunmuş, həmçinin “Albert Eynşteyn” Mükafatı və “Hughes” medalını almışdır. Cambridge Universitetindən “Lucasian Riyaziyyat Professoru” ünvanı aldı. Bu qədər mükafata baxmayaraq hələ Nobel Mükafatını almaması təəssüf doğuran faktlardandır.

Digər fəaliyyətləri ilə birlikdə o həm də uşaq ədəbiyyatına öz töhfələrini vermişdir. Hawking-in keçmişində ən gözlənilməz xüsusiyyətlərindən biri şübhəsiz ki, uşaq kitabı müəllifi olmasıdır. 2007-ci ildə qızı Lucy ilə birgə “Georgo-nun Kainata Açılan gizli açarı” kitabını yazmışdır. İkinci kitabı 2009-cu ildə “Georgo-nun Kosmik Xəzinə Ovu” adı ilə nəşr olunmuşdur.

2007-ci ildə 65 yaşında olanda Hawking həyatının ən böyük səyahətini etmişdir.  Zero Gravity A.Ş. sayəsində yer çəkiminin olmadığı mühitdə müstəqil formada havada dayana bilmişdir. Hawking, qlobal istiləşmə və nüvə müharibələri ucbatından insan irqinin gələcəyinin kosmosda olacağını bildirmişdir. 🙂

Qara dəliklər üzərində qoyduğu bir iddianı itirmişdir; 2004-cü ildə Hawking qara dəliklərlə əlaqədar 1997-ci ildə girdiyi bir iddianı elm insanı dostlarının qazandığını və özünün yanıldığını etiraf etdi. Hawking yanıldığını etiraf edə biləcək qədər alicənab bir insandır.

Stephen Hawking-in həyatından bəhs edən “Theory of Everything” filmi çəkilmişdir. Baxmağınız tövsiyə olunur 🙂


Qeyd: Birinci məqaləni buradan oxuya bilərsiniz

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi: