Dünya şöhrətli amerikalı yazıçı Cek Londonun möhtəşəm yaradıcılığının kiçik bir hissəsi olan “Meksikalı” əsərindən bəzi sətrləri sizə təqdim edirik. Bu hekayəni 1911-ci ildə Meksika inqilabı zamanı, Texasda olarkən qələmə almışdır. Əsərdə keçmişi məlum olmayan, inqilab üçün hətta canını fəda edəcək qədər cəsur olan şəxsin həyatından bəhs edilir.

“Onun qəlbində hər bir şey kütləşmişdir, – deyə Mey Setbi dilləndi. – Elə bil ki, qəlbində işıq və gülüşü odla yandırıbyaxmışlar. O öldürür, amma bununla bərabər onda nə isə qorxunc bir həyat qüvvəsi hiss olunur.”

“Rivera cəhənnəm əzabı çəkmişdir. Cəhənnəm çəkməmiş bir adam belə ola bilməz, çünki o çox uşaqdır.”

”O, nə isə coşqun bir ehtiras düşkünüdür. Özü ilə bu ehtirasın arasına girməyə heç Allaha da icazə verməz.”

”İnqilab tərəzinin gözündə idi. Bircə təkan, son qəhrəmancasına bir cəhd də olsaydı, bu tərəzinin əqrəbi qələbəni göstərəcəkdi.”

“Tanımadığın həriflə həmişə bir əngələ düşə bilərsən.”

“Özünün zəhləsi gedən bir peşədə müvəffəqiyyət qazanan insan övladının, o, birincisi deyildi.”

”O, inqilabın özü, onun nəfəsi onun alovudur, – deyə Vera söhbəti davam etdirdi. – O, amansız, səssizcə həlak edən intiqam timsalıdır. O, gecənin sakitliyində daim oyaq olan ölüm mələyidir.”

”O, bu gün mənə baxdı. Bu gözlər sevə bilməz, onlar hədələyir; o gözəl pələng gözləri kimi kinlidir. Mən bilirəm ki, əgər işimizə xəyanət etsəm, məni öldürər. Onun qəlbi yoxdur.”

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂