Araşdırma: Çox pulun xoşbəxtlik gətirmədiyi təsdiq olundu

594

Pul səadət gətirmirmiş. Çox qazanc stress və yalnızlıq yaradır. Araşdırmalar da bunu təsdiqlədi.

Belçikada 4 il davam edən Beynəlxalq Xoşbəxtlik Araşdırmalarına görə, deyilənlərin əksinə, çox pul xoşbəxt etmir. Aylıq gəliri 4 500 avrodan yuxarı olan insanların aşağı maaş alan şəxslərə nəzərən daha az xoşbəxt olduğu müəyyən olunmuşdur.

Gent Universitetinin səhiyyə iqtisadçısı Dr. Lieven Annemans və qrupunun etdiyi araşdırmaya görə, Belçikada orta aylıq gəlir 1716 avrodur. Əhalinin 1/5-i ayda 1000-1500 avro xərcləyir. Sorğu nəticəsindən bəlli olur ki, aylıq gəliri 2000-3000 avro olan insanlar özlərini xoşbəxt hiss edir.

Orta əmək haqqından aşağı gəlir əldə edənlər yetəri qədər xoşbəxt deyillər. Ancaq diqqət çəkən, xoşbəxt olmayan insanlar arasında qazancı yüksək olanların çoxluq təşkil etməsidir.

Professor Annemans maddi zənginlikdən alınan həzzin qısamüddətli olduğunu bildirmişdir.

Bu araşdırmaya əsasən, qazancı yüksək olan adamlar işlərindən və sosial əhatələrindən məmnun deyillər. “Çox pul öz-özünə gəlmir” deyən professor, yüksək gəlirin stress və yalnızlıq duyğusu yaratdığını da vurğulayıb.

Tədqiqatçının fikrincə, varlı şəxs “daha çox pul qazanım” düşüncəsinin qurbanı olur və bu narazılıq həyat keyfiyyətini aşağı salır.

Müxtəlif universitetlərdəki kolleqaları ilə birlikdə 4 il boyunca xoşbəxtlik araşdırmasına qatılan Leuven Universitetinin İqtisadiyyat professoru Dr. Frederik Vermneulen, rifah səviyyəsində bərabərsizliyin gəlir bərabərsizliyindən çox olduğunu bildirmişdir. Vermeulen deyir ki, xoşbəxtlik hər hansı bir siyasətə istiqamət verən ölçü vasitəsi hesab olunmur. Ən az bədbəxt olan insanlar ən pis həyat şərtləri olan insanlar deyil.

Vermeulenə görə, yüksək təhsil və ixtisaslı insanlar daha tələbkar və aşağı ixtisaslı insanlar isə bədbəxt olur. Başqaları ilə özünü müqayisə edənlər də xoşbəxt olmayanlar sırasında yer alırlar.

Şikayətcil, ətrafdakı insanlara çox diqqət edən insanlar bədbəxt olduqlarını əvvəldən qəbul etmişdir. Öz həyatınız, öz işlərinizlə məşğul olaraq xoşbəxt olun! 🙂