Məşhur aktyor Jackie Chan 6 iyun (2013) «Hollywood»da keçirilən «Walk of Fame» mərasimində sementə əllərinin, ayaqlarının hətta burnunun izini qoyaraq özünü ölümsüzləşdirdi. İzqoyma mərasimi Çində «Grauman» teatrında baş tutmuşdur və daha sonra orada da saxlanacaqdır.

Çəkilişlər zamanı onunla birgə olan dostları və kolleqaları Chris Tucker və Jaden Smith də Kung-Fu ustasına dəstək olmaq üçün mərasimdə iştirak etmişlər

Qısa xatırlatma edək ki, Jackie Chanın karyerası 1970-ci illərin ortalarında başlamışdır, bu müddət ərzində isə o, yüzdən artıq filmdə çəkilərək misilsiz şöhrət əldə edə bilmişdir. O həmçinin bir çox xeyriyyə aksiyalarında iştirak edərək xüsusi aktyorlar sırasına daxil olmuşdur. Bir sözlə Ceki Çan ürəkdir 🙂